Jirinovskinin oğlu: Qırğızları cəzalandırmaq lazımdır

0
743


 

Qırğızlara Rusiyada bütün güzəştləri məhdudlaşdırmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının vitse-spikeri İqor Lebedev söyləyib.

“Qırğızıstanda rus dili ikinci milli dil sayılır. İndi biz görürük ki, qırğızlar Qırğızıstanın Rusiyaya qarşı ayağa qalxdığı günü milli bayram elan edirlər. Hesab edirik ki, bu, dostluqdan uzaq addımdır. Ona görə də Rusiyada qırğızlara öz ölkələrində aldıqları sürücülük vəsiqələri ilə işləmək imkanları məhdudlaşdırılmalıdır. Qoy, imtahan verib, ruslar kimi sürücülük vəsiqəsi alsınlar”, – deyə o bildirib.

Qeyd edək ki, Lebedev Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin oğludur.

 

BIR CAVAB BURAXIN