Ötən gün axşam Ermənistanın sərhədyanı Tavuş kəndinin sakinləri Azərbaycandan ərazisindən eşidilmiş güclü partlayış səslərindən qorxuya düşüb.
Virtualaz.org yn.am erməni saytına istinadən xəbər verir ki, şübhəli partlayışlar haqda kənd administrasiyasının rəhbəri Levon Qriqoryan bildirib. (https://yn.am/?index&p=81892&l=am)
“Dünən axşam təxminən yarım saat ərzində 4-5 dəfə güclü partlayışlar eşidildi, lakin kəndə heç bir təhlükə yoxdur. Mənim məlumatıma görə partlayışlar Azərbaycan tərəfdə olub. Lakin bunun nə partlayışlar olduğunu bilmirəm. Bizim mövqelərimizə gəldikdə, onlar heç bir cavab tədbiri görmədilər”-Levon Qriqoryan bildirib. Kənd başçısı deyib ki, partlayışların gücündən evlər silkələnib, bəzi evlərin pəncərələri sınıb.
Partlayış səsləri digər sərhədyanı erməni kəndlərində də eşidilib, lakin evlərə ziyan dəyməyib. Yerli sakinlərin bildirdiyinə görə, Azərbaycan ordusu bu ərazilərdə hansısa yeni silahını sınaqdan keçirib.