Qorbaçovdan XƏBƏRDARLIQ: “NATO müharibəyə hazırlaşır” 09.07.2016,

0
576

SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun fikrincə, NATO-nun Varşava sammitinin qərarı sübut edir ki, alyans soyuq müharibədən real müharibəyə hazırlaşır. Modern.az-ın xarici mediaya verdiyi xəbərə görə, o, hesab edir ki, Varşavadakı bütün ritorika, sadəcə Rusiyaya  az qala müharibə elan etmək görüntüsü yaradır.

 

“Onlar yalnız müdafiədən danışırlar, faktiki olaraq təcavüzkarlıq hərəkətlərinə hazırlaşırlar. Varşavada qəbul edilən qərar Rusiyanı NATO üzvləri ilə qarşıdurmaya sürükləyir. Sübut etməyə çalışırlar ki, onlara heç nə qorxulu deyil və bu, çox şübhəlidir, onlar bununla həm bizi, həm də bütün dünyanı daha çox qarşıdurmaya sövq etmək istəyirlər”, – Qorbaçov vurğulayıb.

 

Eks-prezidenin fikrincə, beynəlxalq ictimiyyət müharibənin baş verməməsi üçün maksimum səy göstərməlidir.

BIR CAVAB BURAXIN