Vikinqlər İslam dininə sitayiş edib?

0
606

Vikinqlər İslam dininə sitayiş edib? - MARAQLI FAKTLAR

İslam dininin tarixinin Vikinqlərlə bağlılığını iddia edən alimlər iddialarının əsassız olmadığını isbat edəcək sübut tapıblar.

Publika.az xəbər verir ki, alimlərin nəzəriyyələrinə görə, Vikinqlər İslam dininə sitayiş ediblər. Sözü gedən iddia İsveçrəli alim və arxeoloqlardan ibarət qrup tərəfindən ortaya qoyulub.

Vikinqlərin qalıqları üzərində araşdırma aparan alimlərdən biri cəsədin yanında üzərində “Allah” və Məhəmməd peyğəmbərin əmisi oğlu, kürəkəni Əli ibn Əbu Talibin adının yazıldığı ipək parça tapıblar. Alimlərin fikrincə, bu 9-10-cu əsrlərə aiddir.

Ekspertlər isə basdırılan vikinqin ölümündən əvvəl İslam dinini qəbul etdiyini deyiblər.

Arxeoloqlar daha bir maraqlı məqamla rastlaşıb. İpək parça üzərindəki Allah yazısı tərsdən yazılıb. Tədqiqatçıların fikrincə, onlar bunu bilərəkdən belə yazıblar ki, güzgü üzərindən oxunulanda mənası aydın olsun.

Ekspertlər bu barədə Quranda da söhbət açıldığını diqqətə gətiriblər:

“Quranda deyilir ki, cənnətin bütün sakinləri ipək geyim geyinəcək. Bu da vikinqlər arasında üstü yazılı ipək geyimlərin yayılmasını izah edir”.

Daha əvvəl alimlər 9-cu əsrə aid Skandinaviya qəbirində üzərində ərəb hərfləri ilə “Allah üçün” yazısı olan gümüş üzük tapmışdılar.

BIR CAVAB BURAXIN