“Futbol ikiüzlü insanların dünyasıdı”

0
631

 

 

Türkiyənin “Antalyaspor” klubunun futbolçusu Samir Nəsri maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, ölkəsinin televiziya kanalına danışan fransalı yarımmüdafiəçi futbol dünyasının ikiüzlülərlə dolu olduğunu bildirib.

30 yaşlı xavbek qeyd edib ki, meningit xəstəliyinə tutulanda və 12 gün ölümlə mübarizə aparanda yanında heç kim olmayıb: “Marsel”də çıxış etdiyim sonuncu ildə çətin anlar yaşadım. Meningit xəstəliyinə tutulmuşdum. 12 gün xəstəxanada yatdım, ölə bilərdim. Həmin vaxt insanların digər üzünün də olduğunu gördüm. Halbuki onda Marsel şəhərinin kiçik şahzadəsi sayılırdım, millidə oynayırdım, hər kəs yanımda idi. Lakin ölüm təhlükəsi ilə üz-üzə qaldığım anda yanımda heç kimi görmədim. Onda nəyin necə olduğunu başa düşdüm”.

Karyerası ərzində “Arsenal”, “Mançester Siti” və “Sevilya” klublarında da çıxış etmiş Nəsri xarakterinə görə futbol dünyasında yer alan digər şəxslərdən fərqləndiyini vurğulayıb: “Mən özümə güzgüdə baxa bilirəm. Bəziləri Nəsrini təkəbbürlü və qürurlu adlandıra bilərlər, lakin səmimiyəm. Əgər xoşuma gəlirsizsə, demək, hər şey qaydasındadı. Əgər mən sizin xoşunuza gəlmirəmsə, yenə hər şey qaydasındadı. Amma ən azı siz bunu bilirsiz. Əvvəl düşünürdüm ki, futbol dünyasında hər şey idealdı, ancaq elə deyil. Futbol ikiüzlülərin dünyasıdı”.

Qeyd edək ki, “Antalyaspor”a bu yay keçən Samir Nəsri Türkiyə klubunda 4 oyunda 2 qola imza atıb. O, 2007-2013-cü illərdə şərəfini qoruduğu Fransa yığmasında isə 41 matçda 5 dəfə fərqlənib.

BIR CAVAB BURAXIN