Rusiyada “Analitika və təhlükəsizlik” Federal İnformasiya Mərkəzi “Qazprom” şirkətinin podratçısı, Eduard Həsənov, Emin Axundov və Oleq Polyakovun həmsahibləri oldğu “Peton” şirkətinin fəaliyyəti ilə bağlı xüsusi hesabat hazırlayaraq Prezident Administrasiyasına, Federal Təhlükəsizlik Xidmətinə və İstintaq Komitəsinə göndərib. Vitualaz.org xəbər verir ki, müraciətdə “Peton” şirkətinin idxalın şaxələndirilməsi adı altında dövlət konserninin pullarını xarici offşor zonalarda qeydiyyatdan keçirdikləri törəmə şirkətlərə axıtmasından bəhs olunur.
Federal İnformasiya Mərkəzinin rəhbərləri Sergey Sokolov və Ruslan Milçenko “Komsomolskaya Pravda” qəzetinə müsahibələrində “Peton” şirkətinin fəaliyyətinin Rusiyanın idxalın şaxələndirilməsi siyasətinə zidd və milli təhlükəsizliyə təhdid olduğunu deyiblər. (Rosbalt.ru)
Xatırladaq ki, bundan əvvəl Ufa şəhərində qeydiyyatda olan “Peton” şirkətinin və onun sahibləri haqdacompromat.ru portalı araşdırma dərc etmişdi. (http://virtualaz.org/bugun/102102 )Həmin araşdırmada göstərilirdi ki, Emin Axundov Ufadan Bakıya bir çox hallarda Moskvadan tranzit keçməklə tez-tez çemodanlarla pul daşıyır. Onun azərbaycanlı kriminal avtoritetlərdən biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir.
Sayt yazırdı ki, əslində Başqırdıstanda qeydiyyatdan keçən Texnoloji-Mühəndislik Holdinqi “Peton” MMC podratçı kimi heç bir istehsal və tikinti bazasına malik olmayan “içiboş” şirkətdir. Bu şirkət ancaq o məqsədlə yaradılıb ki, ilk növbədə “Qazprom” kimi iri dövlət şirkətindən milyardlarla rublu “sağsın”, sonra həmin pullar “Peton”a nəzarət edən nüfuzlu mütəşəkkil qruplaşmasının üzvləri arasında bölüşdürülsün. Həmin qruplaşmada cəmləşən adamlar “Peton”a hər tərəfdən tam “krışa” təmin edir.
“Biz hesab edirik ki, bu şirkət idxalın şaxələndirilməsi ilə məşğul olduğu haqda görüntü yaradır, onun kontragentlərinin, o cümlədən offşor kontragentlərinin fəaliyyəti məndə böyük şübhələr oyadır”-Milçenko deyib.
Ruslan Milçenko bildirir ki, bir vaxtlar “Peton” azsaylı əməkdaşlara malik olan kiçik layihə institutu idi və özünün istehsalat bazası yox idi. Situasiya indi də belədir. “Lakin “Peton” özünü neft və qaz sahəsində idxalın şaxələndirilməsini həyata keçirən başlıca mütəxəssislərdən biri kimi tanıdaraq “Qazprom”un iri podratçısına çevrilib. İnstitutun rəhbərliyi tez-tez bu mövzuda müsahibələr verir. Əslində isə reallıqda vəziyyət başqadır”-o deyib.
Məsələn, “Peton” podratçı şirkət kimi Leninqrad vilayətində sıxılmış qaz zavodu tikir. Həmin zavodun texnologiya və avadanlıqlarını Almaniyanın “Linde” şirkəti təmin edir. Alman şirkəti bildirir ki, həmin layihədə “Peton” onların texnologiyasının və avadanlıqlarının adaptasiyası ilə məşğuldur. “Bəs idxalın şaxələndirilməsi harada qaldı”-agentlik rəhbəri sual edir.
Milçenko deyir ki, “Peton”un daimi subpodratçılarından biri “RDV Evraziya” MMC-dir. İlk baxışdan bu, rus şirkəti kimi görünür, amma səhmlərinin 100 faizi Amerikanın boru kəmərləri üçün avadanlıqlar və xidmətlər təklif edən „T.D.Williamson“ şirkətinə məxsusdur. Milçenko “Peton” şirkətinin xarici offşorlarda qeydiyyatdan keçmiş digər tərəfdaşlarının da adlarını sadalayıb. Bildirib ki, bu şirkət kağız üzərində “Qazprom”dan aldığı milyardlarla rublu guya Rusiya şirkətlərinə ödəyir, amma əslində pullar offşor şirkətlərin hesablarına gedir.
Rusiya KİV-ləri xəbər verir ki, artıq Federal Təhlükəsizlik xidmətinin iqtisadi təhlükəsizliyə cavabdeh olan iki idarəsi “Peton” şirkətinin fəaliyyətini araşdırır.
Virtualaz.org