Bakıda jurnalistin avtomobili yandırıldı

0
613

“Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır”, – deyə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Turan”a bildirib.

O, özünün müəyyən qənaətləri olduğunu söyləyib: “Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst-xəttdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər”.

A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.

Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokurorluğu yanında evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.

Bu gecə, iyulun 9-da isə jurnalistin “Hyundai Accord” markalı şəxsi avtomobili yandırılıb.

BIR CAVAB BURAXIN