Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzu həbs edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, Metin Topuz konstitusiya quruluşunu sarsıtmaqda, casusluq fəaliyyətində və Türkiyə hökumətini devirməyə cəhddə ittiham olunur. O, həmçinin FETÖ ilə əlaqədən də mühakimə olunacaq.