“Kataloniyada separatçıların müstəqillik istəməsi düşünülmüş ssenaridir”

0
623

 

“İspaniyanın Kataloniya bölgəsində separatçıların müstəqillik istəməsi düşünülmüş bir ssenaridir”.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, bu hadisə dünyada gedən proseslərin istiqamətini dəyişmək məqsədi güdür:

“Müəyyən dairələr, qüvvələr var ki, separatizmi dəstəkləmək vasitəsilə dünyanın yenidən bölüşdürülməsi və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu da qətiyyən yol verilməsi mümkün olmayan bir məsələdir. Çox təəssüflər olsun ki bu, beynəlxalq qurumların ikili standart siyasətlərinin nəticəsidir. İstər BMT-nin, istər ATƏT-in, istər Avropa İttifaqının, xüsusən də AŞPA-nın ikili yanaşmasının nəticəsidir ki, artıq Avropada biz parçalanmanın, separatizmin şahidi oluruq. Bu proseslər gələcəkdə çox boyük fəlakətlərə gətirib çıxara bilər. Bu proseslərin qarşısı təcili alınmalı və separatistlərə qiymət verilməli, onlara qarşı sanksiya və təzyiqlər tətbiq olunmalıdır”.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

BIR CAVAB BURAXIN