ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin T-45C Goshawk təlim təyyarəsi heyətlə birgə yoxa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Tennesi ştatında 2 nəfərlə təlimə çıxan təyyarə geri qayıtmayıb. Daha sonra ABC kanalı məlumat yayıb ki, bazar günü Telliko Pleyns rayonunda hərbi təyyarə qəzaya düşüb. Lakin xəbərdə qeyd edib ki, təyyarənin bortunda heç kəs olmayıb. ABŞ hərbi-dəniz donanması qəzaya düşən təyyarənin T-45C Goshawk olub olmadığını dəqiqləşdirməyə çalışır.