Əsgər anaları Sarkisyana qarşı: “Övladlarımızı qəsdən öldürüblər”

0
529
 

Atəşkəs dövründə həlak olan erməni hərbçilərin anaları bu gün yenidən Ermənistanda hökumət binasının qarşısında aksiya keçiriblər.

Azvision.az xəbər verir ki, etirazçılar övladlarının Ermənistan hakimiyyəti tərəfindən qəsdən öldürüldüyünü bildiriblər: “Biz uşaqlarımızın qanını yerdə qoymayacağıq. Onlar buna görə cavab verməlidirlər. Gözləyirlər ki, biz də ölüb gedək.

Jirayr Sefilyan yaxşı bilir ki, Seyran Ohanyanın dövründə orduda nə ediblər. Onları necə qəbul edə bilərəm? Mən onların oyununu başa düşmürəm. Lakin hər kəs onların oyun oynadığını anlayır”, -deyə etiraz edən əsgər analarından biri bildirib.

BIR CAVAB BURAXIN