“Roma” ilə oyuna bu cür çıxa bilmərik – Qurbanov

0
618

Hesaba baxmayaraq, çətinlik çəkdik. Çempionluq bizim üçün vacibdi və buna görə də hər oyun maksimum nəticə üçün meydana çıxırıq. Futbolçuları təbrik edirəm, onların da çətinlik çəkdiyi hiss olunurdu. Rəqib komandaya uğurlar arzulayıram.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”-“Sumqayıt” (4-1) oyunundan sonra mətbuat konfransında “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş hakim Orxan Məmmədovun qərəzli qərarları ilə bağlı sualı cavablandıran Qurbanov bildirib ki, bunun qəsdən edildiyini düşünmür:

“Düşünmürəm ki, hər hansı qərar qərəzli oldu. Dəfələrlə hakimliyin çətin peşə olduğunu qeyd etmişəm. Onların üzərinə böyük məsuliyyət düşür. Çox istəyirəm ki, hakimlərimiz həmşə doğru qərarlarını qoruyub saxlasınlar. Amma meydanda 22 nəfəri idarə etmək asan deyil və buna görə də hakimlə bağlı fikir bildirməyəcəm. Onlara da dəstək olmalıyıq”.

Çempionlar Liqasında 5 gün sonra ilk ev oyununa çıxacaq “Qarabağ” klubunun baş məşqçisi rəqib “Roma” haqqında da açıqlamalar edib:

“Açığı, “Roma” oyunu haqqında düşünməyə başlamışıq. Bu gün “Roma”ya səfər etməyi düşünürük. Sabah oyunları var və iştirak etmək istəyirik”.

“Roma” ilə “Sumqayıt” oyunu arasındakı səviyyə fərqini də vurğulayan baş məşqçi qeyd edib ki, çətin olacaq:

“Bir sistemlə “Roma” ilə oyuna çıxa bilmərik. Çempionatın tempi daha da aşağı düşür. Bunu hiss edirik. İstəyərdim ki, mübarizə artsın. Əfsuslar olsun ki, komandaların sayı da azalır. Biz neçə illərdi istəyirik ki, səviyyə fərqi aradan qismən qalxsın. Ancaq hər şey əksinə gedir. Hal-hazırda, təəssüf ki, bu mümkün deyil. Belə oyunlara çılğın hazırlaşmaq istəyirik. Ən azından 90 dəqiqə tempə dözə bilmək üçün. Çalışırıq ki, fərq çox hiss olunmasın”.

Qarabağın sadiq azərkeşləri haqqında da danışan Qurban Qurbanov azərkeşləri hər zaman sevdiklərini, onlara dəyər verdiklərini bildirib:

“Bilirəm ki, “Roma” ilə oyunda biz demək olar ki, tam dolu stadionda oynayacağıq. Bu da bizə əlavə motivasiya verir, çünkü mən xüsusilə ev oyunlarında istəmirəm ki, azərkeşlərimiz üzülsün”.

 

BIR CAVAB BURAXIN