Tacikistan respublikası prezidentinin qızı, prezident icra aparatının rəhbəri Ozoda Rahmon bütün məmurları Ramazan bayramının başa çatması münasibəti ilə fitrə zəkatı verməyə məcbur edib.
Bu barədə “TacikTA” agentliyindən bildirilib.
“Bütün tacik məmurlar rəsmi surətdə ehtiyacı olanlara, yetimlərə, kimsəsizlərə Ramazan ayının sona çatması münasibəti ilə zəkat verməyə məcbur edilib”, – deyə Ozoda Rahmonun imzası ilə göndərilən faksa əsasən bildirilib.
Vilayətlərin rəhbərləri şəhər və digər inzibati bölgülərin verdiyi ianələr haqqında hesabat verəcək. Onlar ödənilən məbləğ barədə məlumatı prezident administrasiyasına təqdim etməlidirlər. Ödənişlərin tənzimlənməsi prosesinə adət-ənənələr və dini işlər üzrə komitə nəzarət edəcək.
Orucun mühüm əməllərindən biri olan zəkatın vaxtında – Ramazan ayının son günündə çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır.
Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlman ailənin hər bir üzvü adından fitrə zəkatı verilməsi vacibdir. /anspress