Tacikistanda qohum nikahları qadağan edildi

0
586

Tacikistanda yaxın qohumlar arasında nikahlara qarşı qanunverici səviyyədə qadağa qüvvəyə minir. “Zaman.az”ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra əmi, dayı, bibi, xala oğlunun əmi, dayı, bibi, xala qızları ilə, eləcə də dayı, əmi, xala və bibilərin isə qardaş, bacı oğlu və qızları ilə evlənməsi qadağan olunur.

Daha əvvəl Tacikistan Səhiyyə Nazirliyi bəyan etmişdi ki, ölkədə valideynləri yaxın qohumlar olan 30 mindən artıq əlil uşaq qeydə alınıb. Bundan başqa, ölkədə gələcək bəy və gəlinlər üçün məcburi pulsuz tibbi müayinə tətbiq edilir.

BIR CAVAB BURAXIN