Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik”

0
728

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az xəbər verdiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

 

 

“Optik Qurğular” MMC-in rəhbəri Emin Məmmədov  son sözündə barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Bəraət olmasa belə, şərti cəza verilməsini istətyirik”.

 

 

Daha sonra “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev danışıb: “1 ilə yaxındır məhkəmə gedir. Burda bir nəfər də gəlib mənim üzümə dayanmayıb. Bircə nəfər də olsun gəlib burda deməyib ki, Qəmbər müəllim mənə pul verib. Bütün rabitəçilər məni tanıyır. Elektrikindən tutmuş nazirinə kimi. Heç vaxt pul üçün ölməmişəm. Mənə ev də təklif ediblər, istəməmişəm. Demişəm məndən uzaq durun. Bir vaxt “Azərpoçt”a təzə gələndə mənə 2 min manat mükafat vermişdilər. Mən işə gəlib  onu kollektivə paylamışam. O vaxt həmin məsələni nazirə çatdırdılar. Dedilər ki, Qəmbər pulu bəyənməyib. Hansı ki, elə deyildi. Mən heç vaxt milyon görməmişəm. Dostlarım mənim yerimə dəymiş ziyanı ödəyiblər. Sağolsunlar. Borcum olsun, çıxıb birtəhər pulu yeyənlərdən alıb qaytaracağam. Burda çoxu günahsız adamlardı. Baş mühasiblərin nə günahı var? Anar Mustafeyevə bəraət verməyinizi istəyirəm. Çünki 3 azyaşlı uşağı var. Ədalətli qərar verin”.

 

Hakimlər müşavirəyə gedib.

 

Sabah 11-də hökm elan ediləcək.

 

 

 

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

 

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov son sözündə bildirib ki, hələ də nəyə görə həbsdə olduğunu anlamır: “Verilən ittihamların heç birini qəbul etmirəm. Mən özəl bir təşkilatın rəhbəriyəm. Özüm özümə verdiyim suallardan belə başa düşürəm ki, bəlkə başıma gələnlər öz xalqıma yaxşılıq etdiyim və xeyirxah işlər gördüyüm üçündür? Azərbaycanda optik kabel olmadığı üçün onun nə olduğunu bilmirdilər. 1993-cü ildə mən və başqa 4 nəfər bu kabellə bağlı ətraflı məlumat almaq üçün Türkiyəyə göndərildik. Orada optik kabelin calanmasını və fəaliyyətini tək mən öyrənə bildim. Azərbaycandan Türkiyəyə oxumağa göndərilənlər içərisində Türkiyə sertifikatını ilk dəfə mən almışam. Həmin zamandan bu günədək Azərbaycanda çox geniş fəaliyyətlərim oldu. Bu dövr ərzində rabitə sahəsində gördüyüm işlərə görə Tərəqqi medalı ilə təltif edildim. Amma Rabitə Nazirliyində son dövrlərdə yaxşı işləyənlərin nüfuzu qalmadı. Buna səbəb olan Əli Abbasov özü çöldə, azadlıqdadır. Biz isə barmaqlıqlar arxasında qalmışıq”.

 

Namazalı Məmmədov bildirib ki,  atla, eşşəklə kənd ATS-lərinə gedib və orada işləyiblər:

 

“Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndi də bizi burada qoyub özü kresloda oturur. Mənim onunla bir əlaqəm yoxdur. Bir rabitəçi kimi deyirəm ki, mən nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən də onu kirlətməyini gözləməzdim. Qazandıqlarımı tək yesəydim, mənim də başımın altında nağd şəkildə pulum və işləyən obyektlərim olardı. Xahiş edirəm dediklərimi ciddiyə alasınız və ədalətdi qərar verəsiniz. Rabitə Nazirliyinin indiki rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar sağ olsunlar ki, Əli Abbasovun yerə vurduğu  rabitəçi kimi nüfuzumu çox yüksəklərə qaldırdılar. Onların mənə verdiyi məktubu siz nəzərə almasanız da, o məktub mənim üçün azadlıq deməkdir. Azərbaycan Respublikasının qanunlarında əgər zərərçəkmişin sənə qarşı heç bir iddiası qalmayıbsa və hərəkətində ictimaiyyətə zəruri zərərin yoxdursa səni həbsdə saxlamırlar. Yəqin ki, kiminsə yastığının altında varı, mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa , bizim kimi barmaqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar nəzərə alınmayacaq, pulumu yığardım yastığımın altına. İndi də 70-ci maddənin nəticəsini gözləyərdim”.

 

 

Daha sonra BTRİB-in baş mühasibi Anar Mustafayev söz deyib. O bildirib ki, verilən ittihamlar əsassızdır: “Maliyyə Nazirliyinin mütəxəssisləri yanlış araşdırma apararaq hesablamalarda səhv edib. Elə bir qurum varmı ki, mənfəətsiz işləsin? Onların hesablamalarına görə biz ancaq borca işləmişik. Biz dəfələrlə vəsatət verdik ki, Maliyyə Nazirliyinin mütəxəssisləri məhkəməyə dəvət edilsin və biz  suallarımızı onlara verək. Biz qiymətlərdə çox az məbləğə işləmişik. Namazalı müəllim şahiddir, soruşa bilərsiniz”.

 

 

Anar Mustafev zalda olan jurnalistlərə müraciət edərək bu hissəni ictimaiyyətə çatmasını istəyib: “Bizə işləri götürmək üçün pul ayrılırdı. Maliyyə Nazirliyinə mən gedirdim. İstintaqda bu işləri 27 əmsalla qiymətləndiriblər. O vaxt bizə bu işləri görmək üçün 16 əmsalla verirdilər. Biz onlara deyirdik ki, 16 əmsalla mümkün deyil. Ondan sonra 17 əmsalla verdilər. Yenə sərf eləmirdi. Geri qaytardıq. Sonra zəng edib 21 əmsalla verdilər.  Bizə verilən ittihamlar əslində Maliyyə Nazirliyinə verilməlidir. Onlar tərəfindən aparılan yoxlamalar yalnız formal olub”.

 

Sonda Anar Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Burda da olmasa mən nə vaxtsa bəraət alacam. Ən sonda rəhbərlərim Beytulla, Vidadi, Məhəmməd müəllimdən elədikləri üçün halallıq istəyirəm. Haqqınızı halal edin”.

 

Proses davam edir.

BIR CAVAB BURAXIN