“Facebook”da başına gələnlər 25 yaşlı Qərənfilin ailəsini dağıtdı

0
681
 

 “Sosial şəbəkələrdə aldadılanlar, tanımadığı birinin şəklini bəyəndiyi üçün boşananlar haqqında oxumuşdum. Öz ailəm də sosial şəbəkə üzündən dağıldı…”

Ötən il 13 min ailənin nikahına xitam verilib. Ailələrin30 faizisosial şəbəkələr səbəbindən dağılıb. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi də sosial şəbəkələrin ailələrə təsirindən narahatlığını bildirib.Haqqında söhbət açacağımız 25 yaşlı Qərənfil Hüseynova da sosial şəbəkədə təsadüfən tanıdığı biri tərəfindən aldadılıb. Hazırda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır. Q.Hüseynova başına gələnləri virtualaz.org saytına danışıb.

-Həyat yoldaşım mənə xəyanət etdi,üstəlik yaxın rəfiqəmlə aldatdı. Bunu öyrənəndən sonra ayrılmaq istədim, amma qaynatam, qaynanam imkan vermədi. Evdə münaqişə, söz-söhbət yarandı. Səsimi çıxaran kimi qaynatam məni döyürdü. Bir neçə dəfə intihar etmək istədim, damarlarımı doğradım. 6 ildir ailə qurmuşuq, bir övladımız var. Onun məni tanıdığım biri ilə aldatmasını qəbul edə bilmirdim. Problem onda idi ki, mənimlə söhbət etmirdi, ailəsi də mənə dəstək vermədi. Ətrafımda boşluq yaradı, özümə qapandım. Hətta otaqdan bayıra çıxmaq, yemək istəmirdim. Belə bir məqamda “Facebook”da psixoloq səhifəsi gördüm, onunla dost olduq. Ailəmdə yaşadığım bütün problemləri yazırdım,o da öz başına gələnləri yazırdı. Problemlərimi danışdıqca rahatlaşırdım. Sonra bir dəfə görüşdük. Onun yalan danışdığını hiss etmişdim. Psixoloq olmadığını biləndən sonra danışmadım.

-Psixoloq olmadığını necə öyrəndin?

-Mənə valideynləri tərəfindən atıldığını, internatda böyüdüyünü demişdi. Mən də onun böyüdüyü internatdakı uşaqlara paltar aparmaq istədim, beləcə görüşüb internata getdik. Orada həmin müəssisənin 2010-cu ildə yarandığını öyrəndim. Sonra adını yalan söylədiyini bildim. Bizim onunla tanışlığımız cəmi 9 gün çəkdi.

-Bəs həyat yoldaşının, ailənin bundan necə xəbəri oldu?

-Səhifəmə virus göndərmişdilər, heç fikirləşmədən parolu söylədim ki, problemi həll etsin. Psixoloq olmadığını, mənə yalan danışdıını hiss edəndən sonra daha mənə yazmamasını xahiş etdim. Bununla danışanda da söyləmişdim ki, həyat yoldaşımla ayrılmaq istəmirəm, sadəcə olaraq, mənimlə danışmasını, ailəsinə sahib çıxmasını istəyirdim. Bizim yazışmalarımızı həyat yoldaşıma, dostluğumda olan bütün tanışlarıma göndərib. Üstəlik mənimlə münasibətdə olduğunu təsdiqləyənşəkillərin, videogörüntülərin yayılacağını deyib. Həyat yoldaşım şəkilləri, görüntüləri istədi, telefonu, psixoloq kimi işlətdiyi səhifənibağlayaraq yoxa çıxdı. Guya ki, xəstədir, xaricdə müalicə alır. Qaynatam, qaynanam, bütün yaxınlarım əxlaqsız olduğumu, həyat yoldaşıma xəyanət etdiyimi söyəyir. Hətta öz qohumlarıma belə günahsızkən günahkar vəziyyətə düşdüyümü başa sala bilmirəm. Polisə müraciət edərək onun məni aldatdığını, ailəmi dağıtdığımı dedim. Amma şikayətimi qəbul etmədilər. Çarəsiz vəziyyətdəyəm.

-Həyat yoldaşınla rəsmi ayrıldınızmı?

-Yox, yoldaşım yazışmaları oxuyandan sonra haqqımda yalan danışdığını bilir. Amma deyir ki, ali təhsillisən, tanınmış şirkətlərdə işləyirsən, belə fırıldaqçının birinə ailə sirlərini niyə danışmısan? Mənim həmin dövrdə psixoloji dəstəyə ehtiyacım olub. Tanımadığım birinə ailəmdən danışmağın doğru olmadığını bilirəm, bunu həmin ərəfədə düşünməmişdim. Əgər bu adam özünü psixoloq kimi təqdim etməsəydi, ona ailə problerlərimi danışmazdım. Yoldaşım deyir ki, sənə inanıram, amma ətrafdakıların ağzını yuma bilmərəm. Valideynləri, qohumları məni qəbul etmək istəmir, deyirlər ki, tanımadığım adamla yazışmışam. Mən onlara günah bir iş tutmadığımı başa salmağa çalışdım, amma mənə inanmadılar. Hələki, rəsmən ayrılmamışıq, yəqin ki, yaxın günlərdə boşanacağıq.

-Burda olduğunu bilirlərmi?

-Evdən çıxandan sonra çox düşündüm, qardaşım kirayədə yaşayır, onun yanına gedib yük ola bilməzdim. Anam damənə kömək ola bilmir. Ona görə də, sığınacağa gəldim. Zəng vurub soruşdum ki, niyə məni belə vəziyyətə saldı, günahsızkən günahkar duruma gətirdi. Məni tanıyanların yanında biabır etdi. Dedi ki, səhvini başa düşüb, günahını yumağa hazırdır. Amma artıq gecdir, yeganə istəyimçarəsiz durumda olan qadınları psixoloq adı ilə aldatdığına görə cəzalandırılmasıdır. Mən bir uşaqla sığınacaqda qalmışam. Həyat yoldaşım da sığınacaqda olduğumu bilir. Deyir ki, boşansa da, yenidən birlikdə yaşamaq istəyir, xəyanət etdiyi üçüm peşmandır. Amma vaideynlərinin, qohumlarının bundan xəbər tutmasını istəmir. Mən isə xəyanətkar kimi kirayələrdə yaşamaq istəmirəm. Tək istəyim bu insanın cəzalandırılmasıdır, qoy digər qadınlar tora düşməsinlər.5 yaşlı övladımın gözükölgəli böyüməməsi üçün hüquq-mühafizə orqanlarından xahiş edirəm, sosial şəbəkədə fırıldaqçılıq edərək şərəfimi tapdalayan bu insanın cəzalandırılmasına köməklik etsinlər.

Jalə Ağazadə

Foto Samirə Həsənovanındır

Virtualaz.org

BIR CAVAB BURAXIN