Səssiz işğal: Ermənilər Gürcüstanı necə ələ keçirir?

0
617
 

Gürcüstanın “Prime 24” telekanalında ermənilərin Gürcüstanın ərazilərini necə zəbt etməsinə dair süjet yayımlanıb.

Azvision.az xəbər verir ki, süjet zamanı tarix elmləri doktoru, professor Quram Marxuliya qeyd edir ki, hazırda Gürcüstan Ermənistan sərhədinin 250 kilometrdən çox hissəsi razılaşdırılmayıb.

“Ermənistan tərəfin bundan istifadə edir və müntəzəm olaraq öz sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkir. Nəticədə bu regionun gürcü əhalisi Ermənistan tərəfdə qalır. Ermənistan tərəfi bu ərazilərdə öz blokpostlarını qurub”, – deyə Marxuliya bəyan edir.

Müəllif qeyd edir ki, hazırda Gürcüstan öz ərazisinin 20%-ni (Cənubi Osetiya və Abxaziya) itirib: “1918-ci ildə biz Lori vilayətini Ermənistana güzəştə getdik. Ermənistan ərazisinin böyük əksəriyyətini tarixi Gürcüstan torpaqları təşkil edir”.

Müəllif, həmçinin Gürcüstan hökumətini Ermənistanın səssiz işğalına son qoymağa çağırır.

BIR CAVAB BURAXIN