1300 uşağı olan poçtalyon

0
712

1300 uşağı olan poçtalyon

ABŞ-ın ucqar əyalətində yaşayan 87 yaşlı poçtalyonun 1300-dən artıq uşağı var.

Həmin bölgədə yaşayan bir çox “atasız” uşağın əslində həmin bu poçtalyon kişidən olması barədə iddialar irəli sürülüb. Özəl dedektivin apardığı araşdırmalar zamanı minlərlə uşaqdan götürülən DNA nümunələri həqiqəti üzə çıxarıb. Dedektiv araşdırma üçün 15 ilini sərf edib.
Poçtalyon iddialara gülərək belə cavab verib: “Qadınlar məni Coni Keşə bənzədirdilər”. Bu ifadə onun vaxtilə minlərlə qadınla birlikdə olduğunun təsdiqi kimi məhkəmədə istifadə olunub. Dedektiv isə bildirib ki, hər şey 2001-ci ildə 2 kimsəsiz uşağın bioloji atasını axtarmağa başlayanda üzə çıxıb. Bir-birinə aidiyyatı olmayan hər iki uşağın atasının eyni adam olması, həmin kişinin başqa uşaqlarının da olma ehtimalını artırıb.
Qeyd edək ki, hələ ki, keçmiş poçtalyonun uşaqlarının sayı rəsmi olaraq 1300 göstərilsə də, dedektivin fikrincə, bu göstərici iki dəfə çox ola bilər. Lakin həqiqətin üzə çıxması yüzlərlə ailənin dağılmasına səbəb olacaq deyə, araşdırma yarımçıq saxlanılıb./Teleqraf.com

BIR CAVAB BURAXIN