SRİ Hitlerin hücum edəcəyindən xəbərdar imiş – gizlinlər AÇILDI   

0
694
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı Böyük Vətən Müharibəsinin başlanmasının 76 illiyinə həsr olunmuş xüsusi arxiv sənədləri dərc edib.

100 səhifədən artıq materiallarda korpus, diviziya, hərbi dairə və ordu rəhbərlərinin 22 iyun öncəsi təmas xəttindəki vəziyyətlə bağlı detallı informasiyasını təqdim edir.

 

SSRİ Baş Qərargahının ünvanlandığı suallarda 22 iyun və növbəti günlərdə Almaniya qoşunlarının Sovet ordusuna vurduğu zərbələr haqda da detallı bilgilər var.

Baltikyanı Xüsusi Hərbi Dairəsinin kəşfiyyat idarəsinin rəis müavini Kuzma Derevyanko öz izahatlarında almanların hücumu öncəsi onların təmas xəttinə böyük hərbi qüvvə topladıqlarından xəbərdar olduğunu danışıb.

 

“Biz almanların Şərqi Prussiya, Memel və Sivak vilayətlərində böyük hərbi güc topladıqlarından xəbərdar idik. Hərbi dairənin qərargahı və komandanlıq faşist Almaniyasının SSRİ-yə hücumundan 2-3 ay əvvəl onların sayı və texnikası barədə dolğun məlumata malik idi”.

 

Kəşfiyyatçının sözlərinə görə, yaranmış həyəcanlı situasiya ilə bağlı komandanlığa hesabatlar versə də, kəşfiyyatın məlumatları qulaqardına vurulurdu.

 

“Baltikyanı Hərbi Dairəsinin keçmiş komandiri general-polkovnik Kuznetsov və baş qərargah rəisi general-leytenant Klenov hesabatlara inamsız yanaşırdılar. Onlar bu təhlükənin miqyasını dərk etmirdilər”.

 

Derevyankonun sözlərinə görə, kəşfiyyat məlumatlarının intensivliyi iyunun əvvəllərində daha da artıb və müharibənin başlanmasından 3-4 gün öncə dəqiq tarix açıqlanıb.

 

Baltikyanı cəbhənin komandiri, general-leytenant Pyotr Sobennikov isə müharibənin sovet əsgərləri üçün gözlənilməzliyini bu sözlərə ifadə edib.

“Ağır artilleriya alayının hərbçiləri bizim aerodromların bombalanmasını görən zaman bunu təlim kimi qəbul etmişdilər. Bu zaman artıq Baltikyanı hərbi darəsinin bütün təyyarələri məhv edilmişdi”.

 

Yeni arxivlər Sovet ordusunun kəşfiyyat xidmətinin Almaniyanın hücumu ilə bağlı konkret məlumatlara malik olduğunu, lakin Sovet rəhbərliyinin bu məlumatlara inanmayaraq, Berlinlə münasibətləri pisləşdirməmək üçün təmas xəttində qoşun göndərmədikləri aydın olur.

Xatırladaq ki, 22 iyunda Sovet İttifaqına hücum edən alman qoşunları iki gündəcə 1200 təyyarə, 16 min sərhədçi və 340 tank məhv etmişdilər. Vüqar İSMAYILOV/modern.az

BIR CAVAB BURAXIN