Napoleon Bonopart dərin zəkası, sərkərərdəlik qabiliyyətindən əlavə erkən başlayan hökmranlığı ilə də tarixdə iz qoyub. Hərbi xidmətə gedəndə cəmi 16 yaşı olan Napoleon 24 yaşında artıq general rütbəsinə yüksəlmişdi. 34 yaşında isə o, artıq imperator idi.
Bundan əlavə Bonopartın digər bacarıqları haqda da əhvalatlar dolaşır. Deyilənə görə, böyük sərkərdə yüksək sürətlə kitab oxuyarmış. O, 1 dəqiqə ərzində 2000 söz oxumaq qabiliyyətinə malik imiş. Hər gün sadəcə 2-3 saat yatar, minlərlə əsgərinin adını əzbər bilərmiş.
Napoleon öz kiçik boyundan və qadın bədənini xatrladan vücudundan utanırdı. Elə buna görə də ordusunda xidmət edən əsgərlər də özü kimi alçaq boylu olublar. Orduda qulluq edən hündürboy və cüssəli əsgərlərin isə karyera yüksəlişi şansı sıfıra bərabər idi.
Əhvalata görə, Napoleon bir dəfə hərbi hissəni gəzəndə keşikçi əsgərin yatdığını görür. Qanuna görə, imperator onu edam etməli idi. Lakin Napoleon bunun əvəzinə əsgərin silahını götürüb, keşikdə özü dayanır. Bu hadisədən sonra ordusunun bütün əsgərləri Bonopartın xeyirxah jesti barədə hər yerdə danımağa başlayırlar.
Napoleon aylurfobiyadan əziyyət çəkirdi. Aylurfobiya pişiklərdən qorxmaq xəstəliyidir.
Sirr deyil ki, Napoleonu zəhərləyib öldürüblər. Lakin bir maraqlı məqam var ki, o, bunu öncədən bildiyi üçün kiçik dozalarda zəhər qəbul edib, özündə immunitet formalaşdırmağa nail olubmuş. Odur ki, Bonopartın ölümündə zəhərin heç bir təsiri olmayıb.
Napoleonun çay içdiyi sevimli fincanı məşhur italiyalı macəraçı Kaliostronun kəllə sümüyündən hazırlanmışdı.
Vacib qərar qəbul etmək lazım gələndə Napoleon qaçıb çarpayısına uzanıb, dərin yuxuya gedərmiş. Xoşbəxtlikdən bu hal cəmi 1-2 saat sürərmiş. Hətta sərkərdənin triumfu sayılan döyüşlərin birində qəfildən yerə uzanıb, dərin yuxuya getmişdi. 20 dəqiqədən sonra isə oyanıb, heç nə olmamış kimi əmrlərini verməyə başlamışdı.
Napoleon İtaliya bayrağının rəsmi yaradıcısıdır. 1805-ci ildə o özünü rəsmi İtaliya kralı elan edərək, yaşıl, ağ və qırmızı rənglərdən ibarət bayraq hazırlanmasına əmr verir.
Napoleon haqda ən gülməli məlumat yəqin budur. Pencəyin qollarına düymə vurulub, qatlanması Napoleonun fikri olub və bu dəbi ilk dəfə hərb tarixinə o gətirib. Bəs bilirsinizmi o bunu niyə edib? Təmizlik və səliqəni sevən sərkərdə burunlarını üst geyimlərinin küncünə silən əsgərləri görüb, qəzəblənirmiş. Bunun üçün də əmr verib ki, bütün əsgərlər ağ köynəyi pencəyin üstünə çıxardıb, düymələsinlər.
Dahi sərkərdə 1821-ci ildə sürgündə olduğu Müqəddəs Yelena adasında dünyasını dəyişib. Bir dəfə dostları Napoleona əsirlikdə darııxmasın deyə şahmat göndərirlər. Napoleon tez-tez dostlarının göndərdiyi şahmat qutusunu açıb, oynayarmış. Sərkərdənin ölümündən sonra bu qutu onun ev muzeyində qorunmağa aparılır. Uzun illər sonra muzey işçilərindən biri qutuda gizlədilmiş adadan qaçış planını tapır. Bəlkə də, Napoleon bu kağızı vaxtında tapsaydı, bugün onun haqda bəhs etməyə daha çox əhvaat olardı.Leyla Sarabi/Publika.az