Nikah müayinəsi: 1101 nəfərdə siflis, 203 nəfərdə QİÇS aşkarlandı

0
604
 

İndiyədək nikaha daxil olmaq istəyən 279383 nəfər tibbi müayinədən keçirilib. Müayinədən keçənlərdən 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkarlanıb.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyənlər məcburi tibbi müayinədən keçirilirlər. Tibbi müayinələr poliklinika və ya xəstəxanalarda aparılır.Ülviyyə/Virtualaz.org

BIR CAVAB BURAXIN