Tarixi razılaşma imzalandı

0
702

Türkiyə-İsrail münasibətlərinin normallaşması barədə az öncə imzalanan razılaşmanın əleyhdarları tapıldı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunlar İsrailin təhsil və ədliyyə nazirləridir.

İsrailin “Jerusalem Post” qəzetinin məlumatına görə, ədliyyə naziri Ayelet Şaked və Naftali Bennett bu barışığa veto qoyacaqlarını açıqlayıblar.

Bennetin sözlərinə görə, bu, çox önəmli razılaşmadır və İsrailin maraqlarına uyğundur. “Ancaq terror qurbanlarının ailələrinə  təzminat İsrailin gələcəkdə peşmanlıq duyacağı bir faktdır”. O həmçinin İsrailin itkin hesab edilən iki hərbçisinin meyitlərinin qaytarılması üçün Türkiyəni daha fəal olmağa çağırıb.

İsraildə Türkiyə ilə əldə edilən razılaşmanın qüvvəyə minməsi üçün Təhlükəsizlik kabinetində səsvermə olmalıdır. Hər iki nazir “Habayit Hayehudi” partiyasının üzvüdür.

Şaked 2014-cü ildə fələstinli analar ilə bağlı irqçi ifadələri sayəsində R.T.Ərdoğanın sərt tənqidinə məruz qalmışdı. “İsraildə bir qadın çıxıb  və belə deyib: “Fələstinlilərin hamısı bizim düşmənlərimizdir və onların qanı bizim əlimizdə olmalıdır. Buna öldürülən terrorçuların anaları da daxildir. Fələstinli analar da öldürülməlidir”. Bunu deyən bir qadın deputatdır. Sual verirəm – bu zehniyyətin Hitlerinkindən nə fərqi var? Sən necə qadınsan? Nə pis bir qadınsan? Sənin genlərində nə isə var”.

Ayelet Şaked – ədliyyə naziri

Naftali Bennett – İsrailin təhsil naziri

Saat 12:42

Türkiyə və İsrail tarixi razılaşmanı imzaladı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, razılaşma sənədini Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu bağlı qapılar arxasında imzalayıb.

Türkiyə ilə İsrail arasında 20 milyon dollarlıq sülh

Eyni dəqiqələrdə İsrail Xarici İşlər Nazirliyinin katibi Dore Gold da öz ölkəsində sənədlərə imza atıb.

Razılaşmaya əsasən İsrail Türkiyəyə “Mavi Mərmərə” gəmisinə basqın zamanı həyatını insanların ailələrinə 20 milyon dollar təzminat ödəyəcək. Həmçinin bundan sonra Türkiyə Qəzza bölgəsinə humanitar yardım göndərə biləcək.

Razılaşma Türkiyə Böyük Millət Məclisi (TBMM) müzakirə etdikdən sonra imzalamaq üçün prezident Rəcəb Tayyib Ərdoğana göndərəcək. İsrail Türkiyə razılaşması Rəcəb Tayyib Ərdoğan imzaladıqdan sonra qüvvəyə minəcək.

İsrail və Türkiyə razılaşmanın imzalanacağını ötən gün elan etmişdilər.

Feridun Sinirlioğlu-Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri

Feridun Sinirlioğlu-Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri

Nə baş vermişdi? 

– 31 may 2010-cu il – İsrail hərbçiləri “Mavi Mərmərə” gəmisinə hücum ediblər. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölüb.
– 1 sentyabr 2011-ci il – BMT “Mavi Mərmərə” hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
– 2 sentyabr 2011-ci il  – Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levi Türkiyəni tərk edərək ölkəsinə getdi.

Türkiyə ilə İsrail arasında buzlar əridi

– Noyabr 2012-ci il – Türkiyə və İsrail münasibətlərin bərpası üçün danışıqlara başladı.
– 22 mart 2013-cü il – İsrail baş naziri B.Netanyahu Barak Obamanın təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan telefonla üzr istədi.
– Dekabr 2015-ci il – Türkiyə və İsrail heyətləri münasibətlərin bərpası üçün İsveçrədə bir araya gəldi. Görüşdə “yol xəritəsi” qəbul edildi.
– 19 mart 2016-cı il – İŞİD-in israilli turistləri hədəf alan terror aktından sonra Ərdoğan İsrailə başsağlığı verdi.
– 20 mart 2016-cı il – İsrailin xarici işlər nazirinin baş katibi Dore Gold terror aktından sonra İstanbula səfər etdi.

BIR CAVAB BURAXIN