BAKIDA MÖCÜZƏ: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı

0
753

 

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Lent.az xəbər verir ki, hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsindəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.

 

Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.

BIR CAVAB BURAXIN