Falçı kimi evə girdi və 5 min manatlıq qızılı götürüb qaçdı

0
677

Bakıda özünü falçı kimi təqdim edən şəxs evi qarət edib.

Bu barədə APA-ya zərərçəkən Səkinə Quliyeva məlumat verib.

O qeyd edib ki, iyunun 24-də kirayə ev axtarmaq adı ilə 35-40 yaşlı kişi onlara gəlib. Özünü falçı kimi təqdim edən həmin şəxs adının Anar olduğunu və dəfələrlə televiziya proqramlarına qatıldığını bildirib. Bunu görən ev sahibəsi xəstə nəvəsinin taleyinə baxdırmaq qərarına gəlib. Naməlum şəxs fala baxmaq adı ilə 5 min manatlıq qızılı götürərək qaçıb.

S. Quliyevanın dediyinə görə, naməlum şəxs küçədəki dükan və kafenin kameralarına da düşüb: “Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə məlumat vermişik. Lakin hələlik tutulan yoxdur”.

18-ci Polis Bölməsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN