Bakıda “Mercedes” 5 yaşlı uşağı vurdu

0
566
 

Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Arazinfo.com.un”Report”a istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə qeydə alınıb.

Belə ki, “90-SU-592” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN