Azərbaycanda nazir və komitə sədrləri haralıdır? – SİYAHI

0
1375

 

Məlum olduğu kimi Azərbaycan Nazirlər Kabinetinin strukturuna 35 dövlət qurumu daxildir. Bunlardan 18-i nazirlik, 9-u komitə, 5-i xidmət, 2-si administrasiya, 1-i isə idarədir. Bu qurumlara rəhbərlik edən şəxslərdən əlavə Baş nazir və onun müavinləri də Nazirlər Kabinetini təşkil edirlər. Hazırda Nazirlər Kabinetini 41 üzvü var. “Arazinfo.com”-un “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə  Nazirlər Kabineti üzvlərinin 8-i əslən Naxçıvandan, 7-si Qərbi Azərbaycandan, 6-sı Bakıdan, 3-ü Gürcüstandan, 2-si Gəncədən, 2-si Şəmkirdən, 2-si isə Şəkidən olub. Eyni zamanda Füzuli, Cəbrayıl, Xocalı, Sumqayıt, Qubadlı, Sabirabat, Ağsu, Cəlilabad, Quba və Cənubi Azərbaycan da hər biri 1 nəfət “təmsilçi” ilə Nazirlər Kabinetində təmsil olunurlar.

Nazirlər Kabineti üzvlərinin SİYAHISI:

– Rasi-zadə Artur Tahir oğlu – Baş nazir:

Gəncə şəhərində doğulsa da, onun əslən Naxçıvandan olduğunu və Azərbaycanın məşhur şairi Hüseyn Cavidin yaxın qohumu olduğunu da yəqin ki, çox adam bilir.

– Eyyubov Yaqub Abdulla oğlu – Baş nazirin birinci müavini:

Doğum yeri Mingəçevir şəhəri göstərilir. Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, baş nazirin müavini əslən Qərbi Azərbaycandandır.

– Əfəndiyev Elçin İlyas oğlu – Baş nazirin müavini:

Bakı şəhərində doğulsa da, əslən Füzuli rayonundandır. Məşhur yazışı İlyas Əfəndiyevin oğludur.

– Həsənov Əli Şamil oğlu – Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri:

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.

– Şərifov Abid Qoca oğlu – Baş nazirin müavini:

Şəki rayonunda anadan olub.

– Əhmədov Əli Cavad oğlu – Baş nazirin müavini:

Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub.

– Abasov İsmət Dursun oğlu – Baş nazirin müavini:

Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub.

– Məmmədyarov Elmar Məhərrəm oğlu – Xarici işlər naziri:

Bakı şəhərində anadan olub. Məşhur akademik Məhərrəm Məmmədyarovun oğludur.

– Usubov Ramil İdris oğlu – Daxili işlər naziri:

Xocalı rayonunda anadan olub.

– Həsənov Zakir Əsgər oğlu – Müdafiə naziri:

Astara rayonunda doğulsa da, əslən Qərbi Azərbaycandandır.

– Məmmədov Fikrət Fərrux oğlu – Ədliyyə naziri:

Bakı şəhərində anadan olsa da, əslən Şəki rayonundandır.

– Camalov Yavər Talıb oğlu – Müdafiə sənayesi naziri:

Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub

– Şərifov Samir Rauf oğlu – Maliyyə naziri:

Rəsmi mənbələrdə doğum yeri göstərilməsə də, əslən Gürcüstandan olduğu məlumdur.

– Məmmədov Fazil Əsəd oğlu – Vergilər naziri:

Şamaxıda anadan olsa da, əslən Şəmkir rayonundandır.

– Mustafayev Şahin Abdulla oğlu – Iqtisadiyyat və sənaye naziri:

Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub

– Heydərov Kəmaləddin Fəttah oğlu – Fövqəladə Hallar naziri:

Naxçıvanda, Babək rayonunda anadan olub.

– Müslümov Səlim Yanvar oğlu – Əmək və əhalinin sosial müdafiəsi naziri:

Ağsu rayonun Pirhəsənli kəndində anadan olub.

– Əsədov Heydər Xanış oğlu – Kənd təsərrüfatı naziri:

Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Qərbi Azərbaycanın Sisyan rayonundan olduğu məlumdur.

– Qarayev Əbülfəz Mürsəl oğlu – Mədəniyyət və turizm naziri:

Bakıda anadan olub. Məşhur bəstəkar Qara Qarayevin qardaşı oğludur.

– Cabbarov Mikayıl Çingiz oğlu – Təhsil naziri:

Bakıda anadan olsa da, əslən Gəncədən olduğu məlumdur.

– Şirəliyev Oqtay Kazım oğlu – Səhiyyə naziri:

Bakıda anadan olsa da, əslən Cənubi Azərbaycandan olduğu bildirilir.

– Quluzadə Ramin Namiq oğlu – Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri:

Bakı şəhərində anadan olduğu qeyd olunur.

– Əliyev Natiq Ağaəmi oğlu – Energetika naziri:

Bakı şəhərində doğulsa da, əslən Naxşıvandan olduğu məlumdur.

– Rəhimov Azad Arif oğlu – Gənclər və idman naziri:

Bakı şəhərində anadan olduğu bildirilir.

– Bağırov Hüseynqulu Seyid oğlu – Ekologiya və təbii sərvətlər naziri:

Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Quba rayonundan olduğu, Azərbaycan SSR KP-nin birinci katibi Mircəfər Bağırovun qardaşı oğlu olduğu məlumdur.

Əliyev Aydın Əli oğlu – Dövlət Gömrük Komitəsinin sədri:

Bakı şəhərində anadan olsa da, əslən Gürcüstandandır.

– Ələsgərov Abbas Abbas oğlu – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:

Bakı şəhərində anadan olub.

– Hüseynova Hicran Kamran qızı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

Bakı şəhərində anadan olsa da, əslən Qubadlı rayonundandır.

– Budaqov Tahir Yaqub oğlu – Dövlət Statistika Komitəsinin sədri:

Naxçıvan şəhərində anadan olub.

– İbrahimov Nazim Hüseyn oğlu – Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri:

Naxçıvanda, babək rayonunda anadan olub.

– Mübariz Qəhrəman oğlu Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri:

Şəmkir rayonunda anadan olub.

– Həsənov Ramiz Ayvaz oğlu – Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri:

Gürcüstanda, Marnueli rayonuda anadan olub.

– Həsənov Kərəm Əvəz oğlu – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri:

Cəlilabad rayonunda anadan olub.

– Qurbanov Qüdrət Qəmbər oğlu – Dövlət Dəniz Administrasiyasının rəisi:

Naxçıvan şəhərində anadan olub.

– Məmmədov Arif Əhməd oğlu – Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru:

Hansı rayonda anadan olduöu barədə rəsmi mənbələrdə heç bir məlumat yoxdur.

– Mədət Qəzənfər oğlu Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:

Gəncə şəhərində anadan olduğu bildirilir.

– Orxan Sedyar oğlu Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi:

Bakı şəhərində anadan olduğu bildirilir.

– Nəbiyev Firudin Hilal oğlu – Dövlət Miqrasiya Xidmətinin rəisi:

Qərbi Azərbaycanın Dərələyəz bölgəsində anadan olub.

– Quliyev Elçin İsağa oğlu – Dövlət Sərhəd Xidmətinin rəisi:

Sumqayıt şəhərində anadan olduğu bildirilir.

– Paşayev Ataxan Əvəz oğlu – Milli Arxiv İdarəsinin rəisi:

Naxçıvanda, Culfa rayonunda anadan olub.

– Rəhimov Arzu Yusif oğlu – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi:

Naxşıvan şəhərində anadan olub.

BIR CAVAB BURAXIN