İrəvanı alt-üst edən sirr: Qarabağ erməniləri türkdür

0
1854


 

Qarabağda yaşayan ermənilər əslində erməni əsilli xalq deyil. Onlar Dağlıq Qarabağ münaqişəsində erməni millətçilərinin və şovinistlərinin girovu oldu, lakin çox az adam anlayır ki, oradakı yerli əhalinin ermənilərə heç bir aidiyyəti yoxdur.

Publika.az xəbər verir ki, “Kafkazplus” saytı vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan, Azərbaycan vətəndaşlığı statusunu daşımış sakinlərin etnik tərkibini araşdırıb.

Sayt yazır ki, Qarabağda yaşayan ermənilər İrəvanda və Ermənistanın digər ərazilərindəki ermənilərdə həm zahirən, həm də mentalitet olaraq fərqlənir: “Həmçinin, bütün müşahidəçilər Qarabağ erməniləri ilə azərbaycanlıların zahiri oxşarlığını qeyd edirlər. Lakin onların erməni adlandırması pradakos yaradır”.

Müsəlman və xaçpərəstliyə bölünən qarabağlılar

Araşdırmada alimlərin fikrinə istinadən bildirilir ki, Qarabağ sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin nəsilləridir (Bu gün Ermənistan rejimi alban tarixinə də iddia edir – red.).

“Sadəcə olaraq, onların biri tamamilə türk dilinə keçdi və müsəlman oldu, digərləri xaçpərəstliyə keçdilər. Xaçpərəstliyi seçənlər illər sonra bura gələn ermənilərin dilini mənimsədi. Bunu sübut edən digər məqam Ermənistandakı ermənilər arasında yayılan genetik xəstəliklərin Qarabağdakı ermənilər arasında olmamasıdır. Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq sahilləri (indiki Suriya, Livan əraziləri. Ermənilər hələ də bu ölkələrdə kompakt şəkildə yaşayırlar, – red.) və Balkan yarımadasının cənub hissəsi üçün tipikdir. Bununla yanaşı, Qarabağa aid tarixi etnosların da ermənilərə heç bir aidiyyəti yoxdur. Bu etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın xalqlarına yaxındır. Təbii ki, ermənilər bura gələndən sonra yerli tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar. Qafqaz Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir yaxınlığının olmaması sübutlardan biridir. Yerli tarixi məhv edən ermənilər Qarabağdakı alban dini nümunələrini də məhv etdi”, – araşdırmada deyilir.

Azərbaycan xaçpərəstləri necə “erməni” oldu?

Sayt yazır ki, Qarabağın məbədlərində köhnə alban yazılarının ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox fakt var: “Ermənilər yazıların üzünü köçürür və “təmiz erməni” variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII əsrdə əcnəbilər qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər dinlərinə görə ermənilərdən fərqlənirlər. Yerli “ermənilər” albanların və türklərin törəmələridir. Lakin XIX əsrdə ermənilər Rusiya imperiyası hakimiyyətini inandırdırdılar ki, Azərbaycanın ərazisindəki xaçpərəstləri də ənənəvi erməni kilsəsinə tabe etmək lazımdır. Nəticədə Alban katalikosu ləğv olundu və Eçmiədzin katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi sürətdə Qarabağa köçməyə başladı. Lakin yenə də yerli alban xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya imperiyasının böyük şəhərlərinə getdilər. Erməni ruhanilərin səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz yaddaşını saxlayırdı”.

Terror və qətllər

Araşdırmadan məlum olur ki, erməni ruhanilər vəziyyəti xeyirlərinə dəyişmək üçün başqa yollara əl atmağa başlayır. Onlar Alban katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət nümayəndələrini satın alırlar. Ermənizm həm də siyasi xətt üzrə yayılırdı. Bu, Daşnaksütyunun gəlişindən sonra xüsusilə gücləndi. Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək istəməyən insanlar qətlə yetirilirdi.

Azərbaycanın səhvi və hələ də itirlməyən şans

Sayt yazır ki, SSRİ dövründə Azərbaycan hakimiyyətinin ən böyük günahı ermənilərin “qardaşlıq” yalanlarına inanaraq, alban milləti və mədəniyyətini dirçəltməyə başlamaması oldu.

“Hətta möcüzə ilə öz tarixi köklərini saxlayan udinlər də sovet vaxtı ciddi problemlərlə üzləşdi. Sadəcə olaraq, udinlər Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni millətçilərinə tabe olmadıqları üçün tamamilə assimiliyasiyaya məruz qalmadı. Beləliklə, erməni adlandırılan Qarabağ əhalisinin ermənilərə heç bir aidiyyəti yoxdur, onlar türk komponentləri ilə qədim albanlardır. Hətta günümüzdə belə onlar təmiz erməni dilində danışmırlar. Xoşbəxtlikdən, Qarabağ xaçpərəstləri arasında cəsarətli insanlar hələ də qalır. Onlar alban keçmişləri uğrunda mübarizəni davam etdirirlər. Bunu etmək çətin və təhlükəlidir, lakin yenə də var”, – deyə sayt vurğulayır.

Qeyd edək ki, bir müddət öncə Artur Ağacanov adlı şəxs sosial şəbəkədə Qarabağda erməni təbliğatına və saxtakarlığına etiraz etmişdi. O, Qarabağın xaçpərəst əhalisinin erməni millətçilərinin zəhərli təbliğatı ilə beyinlərinin yuyulması haqda danışırdı.

“Çox əsrlər ərzində Qarabağ ərazisi müxtəlif müharibələr və toqqumalara səhnə olub. Bu proses nəticəsində Qafqaz Albaniyasının qədim hissəsi olan bölgənin mədəniyyəti, məbədlər, arxitektura abidələri və xalqların mirası dağıdılıb. Qədim miras hazırda erməni mədəniyyəti və tarixinə aid edilib”, – deyə Ağacanov müraciətində bildirirdi.

Qarabağın Azərbaycana məxsus olduğu dediyi üçün…

“Kafkasplus” Qarabağ xaçpərəstlərinin bioloji olaraq Azərbaycana yaxın olduğunu yenidən vurğulayır və yazır ki, erməni millətçilərinin terroruna görə onların çoxu əsil kimliyini gizlədir: “Son 25-30 ildə erməni millətçilərinə qarşı çıxan çoxsaylı fəal, siyasətçi, ictimai xadim ya məhv edilib, ya da qorxudulub. Lyuba adlı fəal Qarabağın ermənilərə aid olmadığını və Azərbaycanı tərkib hissəsi olduğunu dediyi üçün dəhşətli təhlükələrlə üzləşdi. Bu gün Ermənistanda Qarabağdan olanlara “ikinci növ” insan kimi baxırlar, onları aşağılayırlar. Hansı ki, bu insanlar erməni olmadıqlarını bildikləri halda qorxudan susurlar. Lakin həqiqəti gizlətmək yox, mübarizə aparmaq lazımdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar – BMT, YUNESKO erməni zülmünün qarşısını almalıdır”. (Artur Ağacanovun araşdırmaları ilə bağlı açıqlamasını ətraflı BURADA oxuya bilərsiniz).

Qeyd: Məşhur rus tarixçisi İvan Şopen də uzunmüddətli araşdırmalardan sonra haylarla ermənilərin (ərmənlərin) ayrı-ayrı millət olduğunu faktlarla təsdiqləyib (Məqalə ilə ətraflı BURADA tanış ola bilərsiniz).


 

Hazırda ümumilikdə erməni adlandırılan millət uzun illərdir ki, bütün dünyaya Qafqazın əsl sahibləri olduqları barədə yalanlar yayırlar. Ancaq onların bu yalanını başda erməni və rus tarixçiləri olmaqla, ciddi alimlərin hamısı təkzib edir.

Axar.az xatırladır ki, tarixə olduğu kimi yanaşan və siyasi məqsədlər güdməyən bir çox rus və erməni tarixçiləri də ermənilərin (hayların) əslində haradan və nə zaman Qafqaza gətirilmələrini araşdıraraq, faktlarla təqdim ediblər.

Erməni tarixinin yalançı atası

Uzun illər Qafqaz tarixini araşdıran rus tədqiqatçı Aleksandr Anninski hay tarixinin atası adlandırılan Movses Xorenatsinin (410-490) öz xalqının tarixi haqqında yazdıqlarına şübhə ilə yanaşır. O, Xorenatsinin istinad etdiyi erməni müəlliflər olan Mar Abas Katina, Aqafangel, Zenob, Favstos Buzandın avropalı ermənişünaslar tərəfindən tarixi mənbə kimi inkar edildiyini bildirib.

Erməni tarixçi Arakel Babaxanyan isə erməni tarixinin atası Movses Xorenatsinin sözlərinin əleyhinə çıxış edir. O, Xorenatsinin öz əsərində 59 erməni hökmdarının adını çəkdiyini və onlardan 32-sinin ümumiyyətlə, nə zaman hökmranlıq etdiyi haqqında məlumat vermədiyini bildirib. Babaxanyanın fikrincə, məhz Xorenatsi hay tarixini doğru yazmayıb və hadisələrin böyük əksəriyyətini özündən uydurub.

Şopendən ərmən həqiqəti

Məşhur rus qafqazşünas alimi İvan Şopen apardığı tədqiqatlardan sonra haylar və ermənilərin ayrı-ayrı etnoslar olduğu qənaətinə gəlib. Belə ki, bizim eradan əvvəl XII əsrdə haylar özlərinə yaxın olan frank-frigiya tayfaları ilə birgə Balkan yarımadasından Kiçik Asiyaya – Dəclə və Fərat çayları arasındakı əraziyə köçüblər. Mifə görə, haylar burada Assuriya çarı Belin üzərində qələbə çalaraq Van gölü hövzəsində məskunlaşıblar. Bu ərazi o zaman Hayasa (Hayastan) adlanırdı. Anadoluda Ərməniyyənin dağlıq bölgəsində, Urmiya gölü hövzəsində və Qafqazda yaşayan haylar hurrilərlə (Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri – red.) qaynayıb-qarışaraq o zamana qədər mövcud olan ərmən tayfalarının tarixini və irsini mənimsəyiblər. Şopenin fikrincə, ərmən tayfaları əslən türk-subarlardan törəmə olublar. Nəticədə hazırkı zamanda eyni xalq iki ad daşıyır. Xalq özü-özünü hay, digərləri isə onu erməni adlandırır. Onu da bilmək lazımdır ki, ərmən etnoniminə təkcə Anadolu və Qafqazda yox, həm də türkün tarixən keçdiyi bütün ərazilərdə, o cümlədən Mərkəzi Asiya və Baykal gölü yaxınlığında rast gəlinir.

Əslində, haylar Qafqazda digər xalqlardan sonra məskunlaşıblar. Erməni tarixçi Karen Yüzbaşyan da etiraf edir ki, məhz bu ərazilərdə indi erməni adlandırılan haylardan xeyli öncə qədim türklər mövcud olub. Onun sözlərinə görə, türklər Qafqaza səlcuqlardan çox öncə gəliblər.

Təsadüfü deyil ki, Ukraynada yaşayan erməni Artur Ağacanov erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı uzun illərdir mübarizə aparır. Ağacanov Qarabağdakı əksər xristianların zorla haylaşdırıldığını bildirir və etnik baxımdan Qarabağ ermənilərinin qaykan (hay) xalqına heç bir aidiyyəti olmadığını isbat edir.

Onun sözlərinə görə, insanlar tam qədimdən etnik deyil, dini mənsubiyyətinə görə bölünüblər. 19-cu əsrədək insanları məhz dini və konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman, buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında birləşirdilər. Sonradan müxtəlif xalqlar özlərinə verdikləri ad altında birləşməyə başladılar. Beləliklə, “ermənilər” anlayışı dini termindən “erməni” etnik termininə çevrildi və qıpçaqlar, tatlar, kürdlər, udinlər və monofizit xristianlığa etiqad edən digər Qafqaz xalqları da “erməni” kimi (hay) təqdim olunmağa başladı.

Faciə ondadır ki, “erməni” adlandırılan hər kəs Eçmiədzin kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay) xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və tarixlərindən məhrum ediblər.

Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq ölkələrindən olan köçkünlər (hay və ya qaykan xalqının nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki əsrdə həmin köçkünlər Eçmiədzin kilsəsinin dəstəyi ilə qədim Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiədzin erməni kilsəsinin əlinə keçib. Bu xalqların bir hissəsi erməni qriqoryanlığına etiqad etsələr də, onların hay xalqına və Eçmiədzinə heç bir aidiyyəti olmayıb. Lakin bu xalqların etnik mənşəyi zorla dəyişdirilib və onlar haylaşdırılıblar.

Ağacanov bildirir ki, Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar. Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin irsi təhrif olunaraq hay xalqının və Eçmiədzin hay kilsəsinin adına yazılıb.

Artur Ağacanov Qarabağ ermənilərinin Ermənistanda qaykanlarla etnik fərqlərinə görə hər zaman “ikinci dərəcəli” insan sayıldıqlarının da səbəbini bununla əsaslandırıb: “Orada bizi hər zaman nifrətlə “şurtvas” (“dönmə”) adlandırıblar. Bu, bir daha göstərir ki, qaykanların özləri də bizi ayrı, etnik, dini və tarixi baxımdan fərqli xalq sayırlar”.

Tanınmış ermənişünas alim, Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı da ermənilərin Qafqaza gəlmə olduğunu tarixi dəlillərlə sübuta yetirib. Onun sözlərinə görə, indiki haylar qədim babaları saydıqları ermənilərin dilini başa düşmürlər: “Mən həm qravar, həm də asqaravar dilindən dərs deyirəm. Qravar qədim erməni dilidir. Bu dildən 8-ci əsrə qədər istifadə edilib. Və indi həmin əsərlər müasir erməni dilinə tərcümə edilir. Ermənilərin müasir dilləri – asqaravardır. Biz 10-11-ci əsrlərdə qələmə alınan əsərlərimizin, hətta 6-7-ci əsrlərdə daşlara yazılan abidələrimizin dilini (Orxon-Yenisey abidələri) asanlıqla başa düşürük, oxuya bilirik, çünki ana dilimizdir. Amma ermənilər 10 əsr qabaq yazdıqlarını anlaya bilmirlər. Çünki qravar hay deyil, əski türk tayfalarından biridir. Haylar isə indi erməni adlandırılan millətdir. Qafqaza köçən və burada separatizmi yayan haylardır, ermənilər deyil. Hay və erməni xalqlarını bir-birindən ayırmaq vacibdir”.

Odnoklassniki sosial şəbəkəsində əslən Qarabağdan olan erməni Artur Ağacanovun Qarabağ ətrafında vəziyyət, Azərbaycanda Alban kilsəsinin bərpasına dair müraciəti yayılıb.

Axar.az xəbər verir ki, İnterfax-Azərbaycanagentliyi A.Ağacanovla əlaqə saxlayıb və məlum olub ki, Bakı ermənisi, hazırda Ukraynada yaşayan Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ xristianları kimi, A.Ağacanov da özünü zorla erməniləşdirilmiş şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına heç bir aidiyyəti yoxdur.

O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv etmiş Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün əlindən gələni etməyə hazırdır. A.Ağacanov Qarabağı açıq şəkildə Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.

A.Ağacanov onun kimi düşünən Qarabağ ermənilərini öz ətrafında birləşdirməyə hazırdır və onları bəyanatına dəstək verməyə çağırır.

Onun sosial şəbəkələrdəki səhifəsində yaydığı müraciəti təqdim edirik:

“Qarabağ torpağı əsrlər boyu müxtəlif müharibələrə, toqquşmalara səhnə olub. Bu proseslər nəticəsində onun qədim Qafqaz Albaniyasının bir hissəsi olan mədəniyyəti, məbədləri, memarlıq abidələri və xalqların irsi ziyan görür. Bu qədim dövlətin öz xüsusi mədəniyyəti, tarixi və memarlığı olub. Onlardan biri də xristian dünyasının ən qədim kilsəsi sayılan Avtokefal Alban Kilsəsi idi. Lakin artıq bütün bu qədim irs ya məhv edilib, ya da erməni mədəniyyəti və tarixi kimi təqdim olunmaqdadır.

Məsələ ondadır ki, insanlar tam qədimdən etnik deyil, dini mənsubiyyətinə görə bölünüblər. 19 əsrədək insanları məhz dini və konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman, buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında birləşirdilər. Sonradan müxtəlif xalqlar arasında fərqlər aradan qalxdı və onlar özlərinə verdikləri ad altında birləşməyə başladılar. Beləliklə, “ermənilər” anlayışı dini termindən “erməni” etnik termininə çevrildi və qıpçaqlar, tatlar, kürdlər, udinlər və monofizit xristianlığa etiqad edən digər Qafqaz xalqları da “erməni” kimi təqdim olunmağa başladı.

Faciə ondadır ki, “erməni” adlandırılan hər kəs Eçmiədzin kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay) xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və tarixlərindən məhrum ediblər.

Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq ölkələrindən olan erməni köçkünlər (hay və ya qaykan xalqının nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki əsrdə həmin köçkünlər Eçmiədzin kilsəsinin dəstəyilə qədim Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiədzin erməni kiləsinin əlinə keçib. Bu xalqların bir hissəsi erməni qriqoryanlığına etiqad etsələr də, onların erməni-hay xalqına və Eçmiədzinə heç bir aidiyyəti olmayıb. Lakin bu xalqların etnik mənşəyi zorla dəyişdirilib və onlar erməniləşdiribilər.

Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar. Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin erməni irsi təhrif olunaraq erməni-hay xalqının və Eçmiadzin erməni kilsəsinin adına yazılıb. Bu biabırçı ədalətsizlik bir çox qanlı milli münaqişələrə yol açıb və onlardan ən amansızı, qanlısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Biz başa düşürük ki, Qarabağın tarixi və taleyilə bağlı erməni millətçi konsepsiyasına zidd istənilən fikir və ya çıxış həyat üçün təhlükəlidir. Son 25-30 ildə erməni millətçiliyinin postulatlarının əleyhinə çıxış edən saysız-hesabsız erməni siyasətçisi, ictimai xadimi və fəalı öldürülüb, yaxud terrora məruz qalıb. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, qədim Qafqaz Albaniyası tarixinin, onun xristian mədəniyyətinin bir parçası olduğunu söyləyən istənilən şəxs həyatı üçün birbaşa təhlükə ilə qarşı-qarşıya qalıb.

Lakin biz hesab edirik ki, həqiqəti söyləməkdən, onun uğrunda mübarizə aparmaqdan qorxmaq lazım deyil. Hesab edirik ki, Qarabağ problemi həll olunmalıdır, əks təqdirdə o, bizdən övladlarımıza qalacaq və artıq onların qanı axıdılmağa başlayacaq. İnsanlar erməni millətçiləri tərəfindən qondarılmış, həyata keçirilən saxta tarix uğrunda ölüblər və ölürlər. Xalqlarımızın üzərinə çökmüş bütün şər məhz bu tarixi konsepsiyadan gəlir. Odur ki, saxta tarixi ifşa etmək, qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Bizi – Qarabağ ermənilərini Ermənistanda qaykanlarla etnik fərqimizə görə hər zaman “ikinci dərəcəli” insan sayıblar və saymaqda davam edirlər. Orada bizi hər zaman nifrətlə “şurtvas” (“dönmə”) adlandırıblar. Bu, bir daha göstərir ki, qaykanların özləri də bizi ayrı, etnik, dini və tarixi baxımdan fərqli xalq sayırlar.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları – BMT, YUNESKO və digərlərini erməni inancına malik olmuş müxtəlif xalqların qədim irsinin dərindən öyrənilməsi və qorunub saxlanılması üçün lazımi tədbirlər görməyə çağırırıq. Biz erməni inanclı xalqların irsinin öyrənilməsi, qorunması və təbliği işinə, xristian dünyasının ən qədim kilsələrindən olmuş Avtokefal Alban Kilsəsinin bərpasına hərtərəfli töhfə verməyə hazırıq. Biz Azərbaycanda Alban kilsəsinin dirçəlməsi, məbədlərdə ibadətin bərpası haqda məlumatı sevinclə qarşıladıq. Bu, bizim üçün böyük impuls, Alban dini irsi ətrafında birləşməyimiz üçün əla imkandır. Bu məqsədlə yaxın zamanlarda təşkilat da yaradacağıq və Qarabağın tarixinə, taleyinə biganə olmayan hər kəs bu təşkilata qoşula biləcək.

Hər kəsi bu müraciətin yayılmasına yardım etməyə çağırıram!”

BIR CAVAB BURAXIN