Ukraynada Donbas döyüşçüləri ilə dalaşan qrupa azərbaycanlı rəhbərlik edib?

0
612
 

Ukraynanın Dnepr şəhərində 9 may münasibəti ilə keçirilən paradda baş vermiş kütləvi dava ilə əlaqədar saxlanılan 9 nəfər arasında əslən Azərbaycanın Cəbrayıl rayonundan olan Natiq Mustafayev adlı şəxs də var.

Dnepropetrovsk vilayəti Babuşkin rayon məhkəməsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ukrayna daxili işlər naziri Arsen Avakovun Facebook-dakı rəsmi səhifəsində N. Mustafayevi Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edən qrupun rəhbəri kimi təqdim etməsinə gəlincə, məhkəmədən bildirilib ki, bu barədə yalnız istintaq yekunlaşdıqdan sonra konkret danışmaq mümkün olacaq.

Qeyd edək ki, mayın 9-da Dneprdə faşizm üzərində qələbənin 72-ci ildönümü ilə bağlı keçirilən bayram şənliyində bir qrup şəxs Donbas döyüşlərində iştirak edən Ukrayna hərbçilərinə hücum edib, nəticədə kütləvi dava olub. Bunun ardınca Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov istintaq başlamadan hücumda iştirak edən qrupun rəhbərinin Dnepr şəhərinin sakini, əvvəl məhkum olunmuş Natiq Mustafayevin olduğunu yazıb.

N. Mustafayevin atası Namiq Mustafayev əslən Cəbrayıl rayonundan, anası isə ukraynalıdır.

BIR CAVAB BURAXIN