“Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə bağlı qərarın qəbulu iki ölkə arasında münasibətləri soyudacaq. Lakin bu proses prezidentlərin birinci təmasına qədər davam edəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, ermənilər son dövrlər Rusiyada yeni güc əldə ediblər və həmin gücü Azərbaycana qarşı istifadə etməyə çalışırlar: “Azərbaycan Rusiya münasibətləri son vaxtlar yüksək səviyyədə inkişaf edir və əlbəttə, bu ilk növbədə erməniləri narahat edir. Son dövrlər ermənilər Azərbaycana zərbə vurmaq üçün yollar axtarırdılar. Unutmamalıyıq ki, ermənilərin ən güclü olduğu ölkələrdən də biri Rusiyadır. Görünür, son dövrlər onlar bu ölkədə özlərinə yeni güc əldə ediblər. Bu gücdən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Ermənilər Rusiyanın hakim elitasında bir çox şəxslərlə yaxın münasibətdədir. Bu mənada problem yaradan birbaşa erməni soyadlı şəxs olmaya, işin arxasında erməni arzularını gerçəkləşdirən ruslar da çıxa bilər”.
M.Əhmədoğlu son vaxtlar Rusiya Xarici İşlər Nazirliyində Azərbaycanla bağlı şübhəli mövqe nümayiş etdirəsinə də toxunub. Onun sözlərinə görə nazirliyik rəsmiləri Azərbaycanla bağlı yanlız neqativ məlumat yaymağa çalışırlar: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın Azərbaycan mətbuatına böhtan atması,mayın 9-da Rusiyada yaşayan ermənilərin Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırması da bunları sübut edən faktlardır. Ümumruisya Azərbaycanlıları Konqresi ilə bağlı məsələdə Ədliyyə, Xarici İşlər Nazirlikləri iştirak edir. Demək onlar özlərinə arxayındırlar, aldıqları pul əsasında işlərini elə qurublar ki, məlumat prezident vladmir Putinə çatmasın. Lakin, ermənilərin qurduğu planın müddətinin məsələ Putinə çatana qədərdir. Prezidentlərin ilkin danışığında Putin məlumat əldə edib, vəziyyəti düzəldəcək. Ondan sonra məsələ tam aydınlaşacaq və vəziyyət əvvəlkindən də yaxşı olacaq. Lakin indi Rusiya hakim dairələrinin gözü o qədər bağlanıb ki, bu hadisələrə münasibət bildirə bilmir”.