Azərbaycanın “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində təmsilçisi Diana Hacıyeva yarışmanın finalına vəsiqə qazanıb. Onun adı finala vəsiqə qazanmış 10 ölkə iştirakçısının sırasındadır.
D.Hacıyeva İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons” mahnısını ifa edib.
Qeyd edək ki, finala Moldova, Azərbaycan, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika çıxıb. İkinci yarımfinal mayın 11-də keçiriləcək. Müsabiqənin finalı isə mayın 13-də baş tutacaq.