Stiven Hokinq bəşəriyyətin məhv olacağını xəbər verir! – 100 ildən sonra  

0
614

stiven«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məşhur britaniyalı fizik Stiven Hokinq bildirib ki, 100 ildən sonra planetimiz üçün təhlükələrin miqdarı o qədər çoxalacaq ki, artıq bütün bəşəriyyətin məhvi fantaziya sayılmayacaq.«CNBC»-nin məlumatına görə, yerdəyişmədən və digər təhlükələrdən xilas olmaq üçün başlıca vasitələrdən biri həyat üçün yararlı digər planetlərin işğalı ola bilər.

«Stiven Hokinq: Yeni Yer ekspedisiyası» adlı sənədli filmdə fizik bəşəriyyətin mövcudluğuna təhlükə yaradan bütün təhdidlər barədə – Yer planetində həyatı məhv edə biləcək yerdəyişmələrdən, epidemiyalardan, asteroidlərdən və digər amillərdən – danışır. Fizik, nüvə müharibəsindən, süni intellekdən və genetik modifikasiya olunmuş viruslardan ayrıca söhbət açır.

Bundan əvvəl Hokin digər optimist proqnoz dərc etdirmişdi. Həmin proqnozda o, həyat üçün yararlı başqa dünyanı tapmaq və onu işğal etmək üçün hələ bəşəriyyətin təxminən, 100 il vaxtı olduğunu bildirmişdi.

BIR CAVAB BURAXIN