VALYUTA BAZARINDA GƏRGİNLİK – Banklar dollar satışını dayandırdı!

0
643

Azərbaycanın nağd və nağdsız valyuta bazarında bu gün səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb bu gün, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarının ardından daha da kəskinləşib.

Dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss etdirib. Məlumata görə, bir sıra kommersiya banklarında artıq nağd dollar satışına məhdudiyyət tətbiq olunub. Bu məbləğ müxtəlif bankarda fərqlidir (bir müştəriyə 2-10 min dollar).
Bankların hüquqi və fiziki şəxs olan müştərilərinin də nağdsız dollar tələbatı əhəmiyyətli şəkildə artıb. Kommersiya bankları dolların möhkəmlənmə tendensiyasına girməsi nəticəsində yaranmış valyuta qıtlığı səbəbindən şirkətlərin valyuta ehtiyaclarını qarşılaya bilmir. Buna səbəb bankların valyuta mövqelərini pozmaq istəməməsi ilə bağlıdır.
Qeyd edək ki, səhər saatlarında nağd valyuta bazarında dolların satış məzənnəsi 1,58 AZN/USD olsa da, artıq 1,59 AZN/USD-yə yüksəlib.

 Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını artıq dayandırıb.
Buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında “Bank of Baku”, “Kapital Bank”, “Zaminbank”, “Kredobank” və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5332 AZN/USD təşkil edir. Bu da AMB-nin qaydalarına əsasən, kommersiya banklarına dolları rəsmi məzənnədən 4% fərqlə satmağa imkan verir. Yəni, bu günə dolların maksimal satış məzənnəsi 1,5945 AZN/USD ola bilər.

Dolların iyunun 27-nə rəsmi məzənnəsinin artacağı istisna edilmir. /”Report”

BIR CAVAB BURAXIN