Bu adada evlənməyə qadın axtarılır

0
957

Athaya Slaetalid əri Jan və oğlu Jacob-la
Britaniyanın şimalında yerləşən Faroe adalarında qadın çatışmazlığı hiss olunur. Bu səbəbdən xaricdən, xüsusilə də, Tailand və Filippindən gələn xanımlarla ailə quranların sayı artmaqdadır.
Bəs görəsən əcnəbi gəlinlər tropik adaları arxada qoyub küləkli şimal arxilpelaqına niyə üz tutur?
Athaya Slaetalid Tailanddan 6 aya kimi qış şəraitində yaşayan Faroe adalarına gələndən sonra ilk günlərini radiatorun yanında keçirərdi.
“Günəş görsənən kimi adamlar məni bayıra çıxmağa çağırırdılar”, – xanım Slaetalid deyir.
“Mən isə “Yox!”, məndən əl çəkin, üşüyürəm!”, – deyərək cavab verərdim.
Athaya Faroe adalarına 6 il əvvəl köçüb. O, ilk vaxtlarda çox çətinlik çəkdiyini etiraf edir.


Faroe Islands
Athaya hazırkı əri Jan-la Tailandda tanış olub.
Jan üçün əvvəlcədən məlum idi ki, iqlim, mədəniyyət və təbiət baxımından Tailanddan kəskin fərqlənən adalara xanımının uyğunlaşması asan olmayacaq.
“Mənə aydın idi ki, onun arxada qoyduqları ilə yenidən üzləşəcəyi şeylər tamamilə fərqlidir”, – Jan etiraf edir.
“Lakin Athaya-nı tanıdığıma görə, onun çətinliklərin ohdəsindən gələcəyini bilirdim”.
Hazırda Faroe adalarında 300-dən artıq tailand və filippinli qadın yaşayır.
İlk baxışda bu o qədər də böyük rəqəm sayılmaya bilər. Lakin Norveçlə İslandiya arasında səpələnmiş 18 adada cəmi 50 min sakinin yaşadığı nəzərə alınsa, əcnəbi əsilli xanımların əhəmiyyətli icma təşkil etdiyini görmək olar.
Son illər ərzində təhsil almaq istəyən gənclər Faroe-ni tək edib. Nəticədə adaların əhalisi azalmaqdadır.
Arxipelaqdan gedən qadınların qayıtma ehtimalı daha aşağıdır.


Map
Baş nazir Axel Johannesen deyir ki, buna görə Faroe boyunca təxminən 2 minədək “qadının çatışmazlığı” yaranıb.
Bu romantik əlaqələr arzusunda olan kişiləri xaricə nəzər salmağa sövq edir. Bir çox asiyalı xanımlar gələcək ərlərilə internet tanışlıq saytlarında əlaqə qurub.
Digərləri isə sosial media şəbəkələri və yerli asiyalılar vasitəsilə tanış olub.
Yeni gələnlərin bəziləri üçün mədəniyyət fərqləri sarsıdıcı ola bilər.
Faroe arxipelaqı Danimarka Krallığına daxildir. Qədim Norveç dilinə aid dildə danışan sakinlər özünə məxsus yerli mədəniyyətilə seçilirlər.


Faroe Islands
Bu xüsusilə də mətbəxə aiddir.
Yerli təamlar qurumuş qoyun balıq, balina əti və piyi kimi yeməkləri əhatə edir. Onların hazırlanmasında Asiya mətbəxindəki ədviyyat və bitkilərdən istifadə edilmir.
Qonşu İslandiya kimi şaxtalı olmasa da, Faroe adaları rütübətli və soyuq iqlimilə tanınır.
Yay aylarında tempetatur +16°C çatır.
Özünə əmin Athaya Faroe paytaxtı Torşavndakı restoran biznesində işləyir.
O, və əri Jan dağlarla əhatə olunmuş dəniz sahilindəki xudmani kotecdə yaşayırlar. Athaya yeni yerə köçərkən ilk günlərin çətin olduğunu deyir.
“Oğlumuz Jacob körpə olarkən, yanımda kəlimə kəsəcək bir adam yox idi, bütün günü dörd divar arasında keçirirdim”.
Athaya Slaetalid
“Oğlumuz Jacob körpə olarkən, yanımda kəlimə kəsəcək bir adam yox idi, bütün günü dörd divar arasında keçirirdim”.
“Həmkəndlilər yaşlı adamlardır və ingilis dilində danışmırlar. Bizim yaşda olanlar işləyirlər və Jacob-la oynayacaq uşaq yox idi. Həqiqətən tənha idim. Burda evdə qalanda həqiqətən də evdə qalırsan. Mən çox məyus olduğumu deyə bilərəm. Bunun iki-üç il ərzində belə də qalacağını bilirdim”.
Jacob uşaq baxçasına getməyə başlayandan sonra Athaya işdə başqa tailandlı qadınlarla ünsiyyət qurdu.
“Bunun əhəmiyyəti çox idi, çünki mənin ünsiyyət dairəm əmələ gəldi və bu məndə rahatlıq hissi yaratdı”.
Tailanddan gələrkən Krongrak Jokladal da özünün təcrid olunduğunu hiss edirdi.


Krongrak Jokladal
Image caption
Krongrak Jokladal
Onun əri – Trondur gəmiçidir və ilin az qala 6 ayını evdən kənarda, dənizdə keçirir.
Krongrak Torşavnda massaj salonunu açıb, işlətməyə başladı.
Onun sözlərinə görə, ərinin valideynləri uşaqlara baxmağa kömək etsələr də, ofis saatlarında əli uşaqlı işə çıxmaq çətin idi. Lakin şəxsi biznesi iş saatlarını uşağa görə uyğunlaşdırmaq imkanını verir.
Krongrak Tailandda yerli hakimiyyət orqanının mühasibət bölməsində işləyib. Dili bilməyən asiyalı qadınlar çox vaxtlar daha aşağı səviyyəli iş seçməli olurlar.
Baş nazir Axel Johannesen deyir ki, hökumət dil səddinin qaldırılması məsələsinə çox ciddi yanaşır.
“Ölkəyə gələn asiyalı qadınlar iş bazarında olduqca fəaldır. Bu təqdirə layiqdir”, – Axel Johannesen bildirir.
“Prioritetlərdən biri Faroe dilinin öyrənilməsidir. Bu sahədə dil kurslarının azad tədrisi üzrə hökumət proqramları mövcuddur”.
Kristjan Arnason-un arvadı – Bunlom Faroe adalarına 2002-ci ildə gəlib. O, dili mənimsəmək üçün çox vaxt sərf etdiyini deyir.
“Uzun iş günündən sonra o, oturub İngilis-Faroe lüğətini oxuyardı”,- Kristjan Arnason deyir.
“Vaxtını oxumağa sərf etməkdə çox qərarlı idi”.


Kristjan və Bunlom Arnason
Image caption
Kristjan və Bunlom Arnason
“Mənim bəxtim gətirdi”, – Bunlom deyir.
“Kristjan-a bura gəldiyimi deyərək xahiş etdim ki, mənə iş tapsın. O xahişimi yerinə yetirdi. Mən oteldə işləməyə başladığım üçün yerlilərlə danışmağı öyrənməli idim”.
Avropanın bir çox hissələrində immiqrasiya həssas mövzudur. Lakin Faroe adalarında xaricdən gələnlərə mehriban yanaşmanı görmək olar.
“Zənnimcə indiydək immiqrasiya axınının əsasən qadınlardan ibarət olmasının işə köməyi var”, – Danimarka parlamentinin üzvü olan yerli siyasətçi Magni Arge bildirir.
“Onlar gəlir, burada işləyir və heç bir sosial problemə səbəb olmurlar”.
“Lakin Britaniya, İsveç, Avropanın başqa yerlərinə və hətta Danimarkaya fərqli mədəniyyət nümayəndələrinin gəlməsilə bağlı yaranan problemləri görürük. Buna görə də insanların təcrid olunması və müəyyən submədəniyyətin inkişafı üçün hökumət səviyyəsində ciddi fəaliyyətə ehtiyac var”.
Filippin əsilli Antonette Egholm Faroe adalarında heç bir antiimiqrant əhval-ruhiyyəsinə rast gəlmədiyini deyir.
Mən Antonette və onun ərilə Torşavn şəhərində görüşürəm. Söhbətimiz ailənin yeni mənzilə daşınması vaxtı baş tutur.
“Burada insanlar çox mehribandır”, – mən əcnəbi olduğuma görə heç bir mənfi reaksiya ilə üzləşməmişəm. Özüm paytaxt Manila sakiniyəm. Bizi yol tıxacları, cinayətkarlıq və ətraf mühitin çirklənməsi qayğılanadırırdı. Burada isə qapının kilitlənməsi barədə düşünməyə gərək yoxdur. Səhiyyə və təhsil pulsuzdur. Filppində isə bu xidmətlər ödənişli idi”.
“Üstəlik burada birisinin evinə zəng vurmadan gəlmək də olar. Bu cəhət mənə Filippini xatırladır”.
Antonette-in əri də hesab edir ki, mədəni müxtəlifliyin artması alqışlanmalıdır və ondan qorxmağa gərək yoxdur.
“Qanın təzələnməsinə ehtiyacımız var”, – o əlavə edir.
“Müxtəlif mədəniyyətlərə məxsus olan uşaqların nəzərə çarpması məni sevindirir. Bizim genetik ehtiyatımız məhduddur. Buna görə əcnəbilərlə ailə qurmaq təqdirə layiq haldır”.
“Mənim dostlarım bəzən zarafatyana soruşa bilər ki, sən xanımını internetlə sifariş etmisən?”, – Regin bildirir.
Lakin o seçiminə görə hər hansı ciddi mövhumatla üzləşmədiyini deyir.
Athaya Slaetalid deyir ki, dostları ondan paytaxta niyə köçmək istəmədiyini soruşurlar. Hazırda əhalinin 40 faizi məhz Torshavn-da yaşayır.
Onların sözlərinə görə Jacob belə halda özünə daha çox dost tapa bilərdi.
“Xeyr, mənə bu lazım deyil”, – Athaya əlavə edir.
“Mən burada sadəcə ayaqda qalmaq üçün yaşamıram, ailəm üçün həyat qururam”, – Biz dəniz sahilinə baxan bağa doğru çıxaraq o deyir.
“Jacob çimərlik yaxınlığında oynayır. O, təpələrdə otlayan qoyunlarla dolu təbiət qoynundadır. Onun nənə və babasının evi yolun başındadır. Burada zibillənmə və cinayətkarlıq yoxdu. Belə şərait hər uşağa nəsib olmur. Bəlkə də bura Yer üzündə qalan sonuncu cənnətdir”.

Tim Ecott
Torshavn
BBC

BIR CAVAB BURAXIN