İki dəfə dayısı qızını qaçıran məhkum: “Dünya görsün ki, dediyimi edirəm”

0
611
 

ARB TV-nin “Rezonans” verilişində bu dəfə öz doğma dayısı qızını iki dəfə qaçırdan Namiq Həsənovun həyat hekayəsinə yer verilib.

7 il, ümumilikdə 11 il həbs cəzası almış Namiq Həsənov deyib:

“Öz dayım qızını sevirəm. Qız razı idi. Qızı qaçırdım. Dayımın arvadı məni tutdurdu. Dayımın arvadı razı idi, amma sözünün üstündə durmadı və həbsxanaya saldırdı. Həbsdə olanda qızla danışırdım. Həbsdən çıxanda bunlara getdim. Onunla evlənmək istəyirdim, amma mənim qabağıma şərtlər qoydular. Ev-eşik düzəltməmi, imkanımın yaxşı olmasını istədilər. Rusiyanın Tümen vilayətinə işləməyə getdim. Orada o qədər gözəl qızlar var idi ki, başımı qaldırıb baxmamışdım. Oradan qayıdanda əlidolu gəldim. Amma yenə danışığımız düz gəlmədi. Yenə qızı qaçırtmalı oldum. Qızın anası yenə məni şikayət etdi və yenə tutdurdu. Peşmanam. Kaş el adəti ilə elçi göndərib ailə qurardım. İndi barışmaq istəyirlər, amma bizimkilər razı olmur. Qızla danışıram. Aramız yaxşıdır. Çıxandan sonra yenidən qovuşacayıq. Bu səfər ağsaqqalları göndərəcəm. Sizi də toya dəvət edəcəm, 3-cü dəfədən istədiyimə çatacam. Qoy dünya görsün ki, dediyimə əməl edirəm”.

BIR CAVAB BURAXIN