Yeni görücülər, yoxsa araqarışdıranlar?

0
790

 

Son aylarda Azərbaycanda belə demək mümkünsə üzdəniraq görücülər yenidən fəallaşmağa başlayıb. Belə demək mümkünsə 1991-2010-cu illər ərzində respublikamızda meydan sulayan və əksər yerlərdə xalq arasında cindarlar adı ilə tanınan görücülər qəfil meydandan çəkildikləri kimi, bu dəfə də elə çoxlarının gözləmədiyi halda yenidən meydana çıxaraq senssasiyalı açıqlamaları ilə özləri ətrafında ajiotaj qaldırmağa başlayıblar. Bəlkə də başqa vaxtı olsaydı, bu üzdəniraq görücülərin sayıqlamalarına fikir verməmək olardı. Amma yeni peyda olan görücülər 1990-2000-ci illərin məşhuri-cahanı olan Məlahət xanımı belə kölgədə qoyublar. Özü də Məlahət xanımla müqayisədə yeni peyda olan görücülərin əksəriyyəti ali təhsilli, Cəlil Məmmədquluzadənin təbirincə desək elmli, savadlılardır. Onların bəziləri görücülüyün özlərində Allah vergisi olduğunu və hər hansı baş verən hadisənin onlara öncədən yuxuda çatdırıldığını deyirlər. Məsələn, belə görücülərdən biri yuxuda hər yeri ağ gördüyünü və tezliklə bədbəxt hadisələr baş verəcəyini, nəticədə ölənlərin çox olacağını iddia edir. Adamdan soruşarlar sən əgər yuxuda ağ görübsənsə, bunu niyə ölənlərin çox olacağı, kəfənlə ilə izah edirsən. De ki, ağ görmüşəm, dünya pisliklərdən təmizlənəcək sakitlik, sabitlik olacaq. Digər tərəfdən də bir başqası əgər yuxuda alov, yanğın görürsə onda gərək desin ki, müharibə olacaq, hər yer xarabazarlığa çevriləcək? Yəni əksəriyyət yuxuda nəsə görür və bunu əgər hansısa baş verəcək hadisənin öncədən xəbərdarlığı kimi dəyərləndirirsə, onda vay halımıza. Axı məntiqi baxımdan yuxuda nəyinsə görülməsinin nəinki respubikamız, hətta qlobal səviyyədə dəyərləndirilməsi yumşaq desək cəhalətdən, xurafatdan başqa bir şey olmayacaq. Amma yenə də təssüflər olsun ki, belə görücülükdən bəhs edənlərin, özünü Allah adamı, onun sevimlisi kimi qələmə vernələrin çoxu ali təhsilli ziyalılarımızdır. Bu yaxınlarda etika xatirinə adını çəkmək istəmədiyim görücülərdən biri mətbuata verdiyi açıqlamasında iddia edib ki, onda öncədən görmə qabiliyyəti var. Özü də hansısa əşyanın, kitabın vasitəsi ilə deyil, bəsirət gözü ilə öncədən baş verənləri görür. Sonra da İmam Əliyə istinadən deyib ki, bəsirət gözü ilə görənlər Allahın seçdikləridir. Mən bilmirəm özünün seçilmiş, Allah tərəfindən sevilən olduğunu görücü haradan bilib, bunu ona kim söyləyib. Amma o buna inanır və özünü görücü hesab edir. Hətta bu məsələdə o qədər irəli gedir ki, çəkinmədən, bəlkə də düşünmədən deyir: “Vaxt gələcək Azərbaycan qaraların olacaq, yəni ərəblərin”.

Müsahibə götürən jurnalist həmkarımın ərəblərin istilasına məruz qalacağıqmı? sualına da o təsdiq cavab verir, deyir ki, bu, hissə-hissə həyata keçirləcək və bunu biz deyil, gələcək nəsillər görəcək. Buna sübut kimi isə yuxuda hündür qara insanı gördüyünü göstərir və Qarabağı da onun döyüşlə deyil, pulla, qızılla alacağını söyləyir.

Məni qınamayın, onun bu sözlərini oxuyanda bilmədim ağlayım, ya gülüm. Əvvəla yuxusunu öngörücülük kimi qəbul edən şəxs unudur ki, qeybdən yalnız Allah xəbər verə bilər. İkincisi də həyatında elə insan ola bilməz ki, yüzlərlə yuxusundan biri düz çıxmasın. Yəni bu uca Allahın bizim bilmədiyimiz sirlərindən biridir. Amma bu hələ harasıdır, digər bir görücü Azərbaycanın parçalalanacağını, tədricən burada başqa, fərqli dildə danışan insanların yaşayacağını iddia edir. Digəri isə Rusiyanın yenidən ölkəmizi “mədəni” yolla ələ keçirəcəyini xəbər verir. Buna paralel olaraq Rusiyanın dağılacağını, onun yerində yeni dövlətlərin peyda olacağını, nəticədə azərbaycanlılarla ermənilərin yenidən dost kimi yaşayacaqlarını deyir. Bütün bunlara isə zənnimcə ara qarışdırmaq və ya təxribat adı vermək olar. Hər halda Azərbaycanın qara adam, yəni ərəblər tərəfindən işğal ediləcəyi və ya Rusiyanın “mədəni” yollarla ölkəmizi ələ keçirəcəyi barədə deyilənlərə başqa ad vermək mümkün deyil. Burada yadıma 90-cı illərin ortalarında qəza nəticəsində çətinliklə gəzən bir soydaşımızın redaksiyamıza gəldiyini, kürəyinin arasında peyğəmbərlərə xas olan möhür olduğunu, özünü Mehdi kimi qələm verməsi yadıma düşdü. Ona çətinliklə də olsa bəzi şeyləri izah etdik. Ancaq o bunu qəbul etmədi. Sonra digər redaksiyalara üz tutdu və özünün Mehdi olduğu barədə qəzetlərə geniş müsahibələr verdi. Amma bu günə kimi də dedikləri düz çıxmadı, çıxa da bilməzdi. Bu baxımdan yenidən meydan sulamağa başlayan görücülərə bilmirəm nə ad verim, ara qarışdıranlar yoxsa…

BIR CAVAB BURAXIN