“Washington Times”: Ermənistandakı nüvə reaktoru çirkli bomba üçün potensial radioaktiv material mənbəyidir

0
703

“Hazırda Qafqazda başqa bir böyük təhlükə baş qaldırır”.

Bu barədə Begin-Sadat Mərkəzinin və Bar Ilan Universitetinin eksperti Aleksandr Marinsonun “Washington Times”da çap olunan məqaləsində deyilir.

Bildirilir ki, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur: “Bu materialların bəziləri Gürcüstana Rusiya tərəfindən ilhaq edilmiş Cənubi Osetiya vasitəsi gətirilib. Bu, Azərbaycan və Gürcüstanın davamlı şikayətlərə səbəb olur. Şikayətlərdə bildirilir ki, separatçıların nəzarətində olan Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiya kimi ərazilərdən nüvə materialları, silah və narkotik maddələrin qaçaqmalçılığında istifadəsi olunur”.

Məqalədə Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərinin daha bir xüsusiyyətinin İranla nəzarət edilməyən sərhədə malik olması və buradan tez-tez İrana məxsus yüklərin keçdiyi bildirilir.

Qeyd edilir ki, Ermənistanda təhdidlər siyahısında istismar müddəti bitmiş Çernobıl AES tipli nüvə reaktoru fəaliyyət göstərir: “Bu, nüvə problemi həyəcanını yeni səviyyəyə çıxarır. Ermənistanın köhnə reaktoru ilə bağlı təhlükəsizlik məsələsi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ prezidenti Barak Obama və digər dünya liderlərinin iştirakı ilə müzakirə olunub. Regionun iki görkəmli lideri və ABŞ-la sıx müttəfiqlik edən Azərbaycan və Türkiyə prezidentləri həmin təhlükə barədə danışıblar. Lakin Ermənistan prezidenti bu narahatlıqların üzərindən tez keçib. Ermənistandakı nüvə reaktoru tək təhlükəsizlik üçün təhdid deyil, həm də çirkli bomba üçün potensial radioaktiv material mənbəyidir”.

Məqalədə Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan prezidentinin ABŞ vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerri ilə görüş keçirdiyi də qeyd olunub.

BIR CAVAB BURAXIN