Ata qatil oğluna müraciət edir: “Nuran, sınok…”

0
607

Rusiyanın Tolyatti şəhərində keçmiş arvadını və qaynanasını qətlə yetirən, qaynatasını isə yaralayan Azərbaycan vətəndaşının törətdiyi qəddar cinayət geniş rezonansa səbəb olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hazırda cinayətkarın axtarışları davam edir. Qatilin atası isə hadisədən sonra Azərbaycandan Tolyattiyə gedib və oğlunu polisə təslim olmağa çağıran videomüraciət yayıb.

Xəbər verildiyi kimi  bu cinayət iyunun 16-da Tolyattinin Avtozavodsk şosesi ərazisində baş verib. Tolyatti şəhərində yaşayan 36 yaşlı azərbaycanlı Nuran İlman  oğlu Musayev 22 yaşlı keçmiş həyat yoldaşı və onun 51 yaşlı anasını qətlə yetirib. Qətl hadisəsi Nuran Musayevin iki azyaşlı uşağının gözləri qarşısında baş verib. Nuran Musayev, həmçinin keçmiş qayınatasını bıçaqla ölümcül yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hazırda bəlli deyil. Musayev hadisəni törətdikdən sonra qaçaraq gizlənə bilib.

Şəhər meriyası bu seriya cinayətlə bağlı xüsusi müşavirə çağırıb. Şəhərin polis rəisinin müavini Yevgeni Lbov  Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirlərinin davam etdiyini bildirib.

Polis ehtimal edir ki, qatil Azərbaycana qaça bilər. Lakin Nuran Musayevin atası hadisədən sonra Tolyattiyə gedib, oğlunun Rusiya ərazisində gizləndiyini nəzərə alaraq ona videomüraciət ünvanlayıb. “Nuran, sınok…”deyə rus dilində müraciətinə başlayan ata oğlunu polisə təslim olmağa çağırır, onu “zəhmətkeş, ağıllı övlad” kimi xarakterizə edir. “Olan olub, heç nəyi geri qaytarmaq mümkün deyil” deyən qatil atası oğlundan xahiş edir ki, “vəhşi heyvan kimi” qaçıb gizlənməsin, təslim olsun. Ata təslim olacağı halda oğluna vəkil tutacağını deyir. Əks halda bütün ailənin onu ölmüş hesab edəcəyini bildirir. “Anan da, mən də səni sevirik”-ata müraciətində deyir

BIR CAVAB BURAXIN