Bayram süfrəsi neçəyə başa gəlir? – ƏRZAQLAR və QİYMƏTLƏR

0
1381

 

Artıq bir neçə gündən sonra bütün şərq xalqları, eləcə də, azərbaycanlılar Novruz Bayramını qeyd edəcəklər. Mədəniyyətimizin və tariximizin ayrılmaz parçası olan Novruz Bayramı ta qədimdan indiyə kimi el arasında böyük coşqu ilə qeyd olunub. Bu bayram ərəfəsində kasıb və ya varlı olmasından asılı olmaraq hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.“Yeniavaz.com” olaraq bazar və marketlərdəki mövcud qiymətlərə istinadən 4 nəfərlik ailənin bayram süfrəsi üçün xərcləyəcəyi vəsaiti hesablamağa çalışdıq. Bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara minimum 12 manat lazımdır:

30 ədəd şəkərburanın hazırlanması üçün isə 21 manat lazımdır:

Bunlardan başqa 18 ədəd qoğalın (150 qram zeytun yağı, 150 ml süd, 2 ədəd yumurta, 1 paket maya, 700 qram un, 2 qaşıq kərə yağı, 200 qram qoz, 200 qram şəkər tozu, sarıkök, xəmir mayası, xaş-xaş, hil) bişirilməsi üçün 11 manat xərcləmək lazımdır.

Bayram nemətlərindən olan çərəzlər (fındıq, qoz, badam, püstə, iydə, innab, xurma qurusu, kişmiş və sair) ailənin daha 28 manat xərcləməsini tələb edir. Alma, armud, banan, mandarin, heyva və apelsindən ibarət meyvələr 25 manata, içkilər (alkoqolsuz) 10 manata başa gəlir. Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun stola gəlməsi üçün orta statistik Azərbaycan ailəsi ən azı 50 manat vəsait sərf etməlidir.

Bütün bunları nəzərə alaraq belə bir qənayətə gəldik ki, evə bayram bazarlığı etmək üçün yarmarkalara, marketlərə gedəcək vətəndaşlar yuxarıda adlarını sadaladığımız meyvə və çərəzləri, eyni zamanda bayram şiriniyyatları üçün ərzaq məhsulları alacaqlarsa özləri ilə azı 157 manat pul götürməlidirlər. Kimsə plovdan əlavə də yemək hazırlamaq istəyəcəksə, bu zaman xərclər daha da yüksələcək.

BIR CAVAB BURAXIN