Aparıcı Nurlana Cəfərovanın keçmiş həyat yoldaşı Mehmet Uğur Aydın ikinci dəfə nikah masasına əyləşib.
BiG.AZ xəbər verir ki, Bakıda yerli restoranlardan birində baş tutan toyda Məryəm Şabanova, Əkbər Əliyev kimi məşhurlar da iştirak edib.
O, iş yoldaşı Aysel Zeynalova ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Nurlana Cəfərova hazırda Mədəniyyət kanalında çalışır. Nurlana və Mehmet 2015-ci ildə evlənib. Cütlük 2016-cı ildə boşanıb.
Mehmet Uğur Aydının ikinci toyu bu il fevral ayının 19-u baş tutub.