Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində Ermənistanın törətdiyi növbəti təxribat bir daha onu göstərir ki, bu ölkə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpa olunmasında maraqlı deyil.
Bunu Trend-ə İsrailin “İctimaiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalaq münasibətlər sahəsində ekspert Arye Qut deyib.
Onun sözlərinə görə, Ermənistanda indi rəhbərlikdə olan cinayətkar klan Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır: “Antiazərbaycançılıq və antisemitizm, şovinizm və millətçiliyin dövlət siyasətinin tərkib hissəsi olduğu ölkə sülhə meyilli ola bilməz. Onlar üçün müharibə öz hakimiyyətlərinin saxlanması üçün bir imkandır”.
Ekspert qeyd edib ki, bu hakimiyyət digər tərəfdən öz xalqına qarşı “ağ soyqırım” tətbiq etməklə öz ölkəsini də məhv edir.
A.Qut deyib: “Bu gün Ermənistanda qalan insanların sayı bir milyonu keçmir. Ölkəni aclıqdan zəngin erməni diasporu və ABŞ konqresinin yardımları xilas edir”.