Rafael efirdə Dilarə Əliyevadan üzr istədi

0
707

 

 

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan əməkdar artist Dilarə Əliyeva maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, o, komediya janrının ona daha yaxın olduğunu vurğulayıb:

“Daha çox komediya janrında oynayanda özümü rahat hiss edirəm. Mən komediyanı çox ciddi janr hesab edirəm. Hətta nəfəsin düzgün alınıb-verilməməsi belə bütün hissəni poza bilər. Mən də ciddi işlə məşğul olmağı çox sevirəm. Özümə qarşı qadağalarım var. Açıq-saçıq səhnələrdə oynamaq, yüngül həyat tərzi sürən bir obrazı canlandırmaq istəmirəm”.

Aktrisa tərəf müqabili olan əməkdar artist Rafael İsgəndərovun onun haqda xoş sözlər deməsindən və üzr istəməsindən duyğulanıb:

“Mənim Rafaelə qarşı heç bir incikliyim yoxdur. Dediyi gözəl sözlərə görə çox sağ olsun. Bizim onunla tandemimiz uğurlu alınmışdı. Harada olsam, hansı məclisə getsəm, “Eşqin məhəbbəti” mahnısı çalınan kimi hamı mənə baxır. Mən də Məhəbbət olaraq hələ də çox sevilir. Bu da Qüdrətin məharətidir ki, çox uğurlu alındı. Çox işlərim, çox tandemlərim olub, amma bu, onların gözüdür”.

 

BIR CAVAB BURAXIN