Çin: 2013-cü ildən indəyək ən təhlükəli quş qripi epidemiyası

0
792

88Çində hakimiyyət 2013-cü ildən indiyədək baş vermiş ən təhlükəli qus qripi epidemiyasının qarşısını almağa çalışır.
Yanvar ayından bəri quş qripinə yoluxma səbəbindən Çində 87 nəfər həyatını itirib. Bu dövrdə ölkədə təxminən 260 yoluxma halı qeydə alınıb.
Hakimiyyət ölkənin mərkəzi və cənub bölgələrində quş bazarlarını bağlamağa başlayıb.
Həmçinin daşınan quşların yoxlamaları artırılıb.
Çin rəsmilərinin dediklərinə görə, xəstəlik əsasən evdə saxlanılan quşlarla yayılır və bu adətən bazarlarda və fermalarda baş verir.

Hazırda hökumət insanların quşlardan uzaq durmağı tövsiyə edir.
Səhiyyə işçilərinə quş qripinin erkən əlamətlərini tanımaq üçün xüsusi təlimlər keçirilir.
Bu il virus daha çox evdə saxlanılan quşlarda yayılıb və xəstəliyin simptomları adətən görünməz olur. İnsanlarda xəstəlik daha ağır keçir və çox zaman ölümlə də nəticələnir.

Bəzi ekspertlər hakimiyyəti epidemiyaya qarşı lazımi fəallıqla mübarizə aparmamaqla təqsirləndirir.
Dörd il əvvəl Çində quş qripi epidemiyası onlarla insanın ölümü ilə nəticələnib.
O vaxt ölkədə böyük qorxu yayılmışdı. Nəticədə insanlar küçələrdə maskalarla gəzirdi, quşlar kütləvi şəkildə məhv edilirdi və insanlar ictimai yerlərdə yığışmaqdan çəkinirdilər.
Hazırda ölkədə buna bənzər qorxu yoxdur, Reuters xəbər agentliyi yazır. Bir çox çinli və restoran işçiləri agentliyə budəfəki quş qripinin miqyasını bilmədiklərini deyiblər (BBC).

BIR CAVAB BURAXIN