Moskva Trampdan ümidini kəsir? 

0
813

Donald Trump-ın Vladimir Putinlə telefon danışığı, Ağ Ev, Vaşington, 28 yanvar 2017

Donald Trampın Vladimir Putinlə telefon danışığı, Ağ Ev,

Moskva artıq ABŞ prezidentinə qarşı çıxmağa başlayır

Tramp Ukrayna məsələsi, özəlliklə Krımın qaytarılmasıyla bağl ritorikasını sərtləşdirəndən və Donbasdakı münaqişə səngiməyəndən bəri Moskva ABŞ prezidentinə qarşı çıxmağa başlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov bu yaxınlarda bildirib ki, Krımın qaytarılması xarici tərəfdaşlardan heç biri ilə müzakirə edilməyəcək.

ABŞ prezidenti Donald Trampın Rusiyaya münasibətdə “çox sərt mövqe” tutması haqqında Ağ Evin mətbuat katibi Sean Spicer-in bəyanatı Kremldə məhz belə qarşılanıb.

“Bəlkə Obama Rusiyaya qarşı çox yumşaq olub?”

“Prezident Tramp çox aydın bildirib ki, Rusiya hökumətindən Ukraynada zorakılığın aradan qaıdırılmasını və Krımın qaytarılmasını gözləyir”, – Sean Spicer-in sözləridir.

Ağ Evin mətbuat katibi, Sean Spicer ,Vaşington

Ağ Evin mətbuat katibi, Sean Spicer ,Vaşington

Daha sonra prezident Tramp öz mövqeyini təsdiqləyib.

“Rusiya Obama dönəmində Krımı zəbt edib. Bəlkə Obama Rusiyaya qarşı çox yumşaq olub?”, – Trump“twitter”də belə yazıb.

Bəs Moskva ilə Vaşinqton arasında başlanan bu söz atışması nəyə gətirib çıxara bilər?

Rusiyanın müstəqil Siyasi Texnologiyalar Mərkəzi Fondu siyasi analiz departamentinin rəhbəri Aleksandr Ivakhnik əmindir ki, Tramp Kremlin maraqlarına zidd davransa, antiamerika təbliğatı yenidən alovlanacaq.

Politoloq Putin-in Rusiya ilə ABŞ-ın tarixən daim müttəfiq olduqlarını xatırlatdığını da vurğulayıb.

“Ritorikanı dəyişmək lazım gəlib”

Publisist Liliya Shevtsova isə deyir ki, medianın dəstəyi ilə daxili opponentlərin güclü hücumu şəraitində Tramp bu zərbənin neytrallaşdırılmasının yollarını axtarmağa məcburdur:

“Tramp-la onun xaotik və idarəedilməz bir şey olan komandası buvaxtadək sızmalara görə suçlaya biləcəkləri adamların axtarışına fokuslanırdılar. Ancaq bu, artıq kifayət deyil, ritorikanı dəyişmək lazım gəlib”.

Shevtsova-nın sözlərinə görə, Ağ Evin Moskvayla münasibətlərdə “sərtliyə” dair son bəyanatı, o cümlədən Ukraynanı dəstəkləyən ifadələr, əslində, “fəlakətlə nəticələnə biləcək prosesin qarşısını almaq cəhdidir”:

Vladimir Putin, Miskva, 17 yanvar 2017

Vladimir Putin, Miskva, 17 yanvar 2017

“Tramp bu vaxtadək qətiyyətlə müdafiə etdiyi “Rusiya ilə dostluq lazımdır” mövqeyindən boyun qaçırmaq qərarına gəlib. Ağ Evin düşdüyü “Titanik” durumu prezidenti məcbur edir ki, Kremlə rəğbət bəsləməsiylə bağlı ona yönələn ittihamları rədd etsin. Ancaq gündəmə daha nələrin atılacağını hələ heç kim bilmir”.

“Tramp “rus amili”nə söykənən hücumları neytrallaşdırmalıdır”

Publisist Tramp-ın Rusiya ilə bağlı ritorikasını bundan sonra daha da kəskinləşdirməyə məcbur qalacağını istisna etmir:

“Sual olunur: Reputasiyanın qorunması cəhdləri xarici siyasi maraqlara necə təsir göstərə bilər? Axı bu vaxtadək Trump beynəlxalq terrorizmlə mübarizəni öz xarici siyasi öncəliyi sayır və birgə mübarizədə Rusiyanı özünə potensial müttəfiq hesab edirdi. O, görünür, Moskva ilə müstəsna tərəfdaşlığa ümidlərindən əl çəkməli olacaq. İndi o, Amerika elitasının etimadını bərpa etməli və “rus amilindən” istifadə edən hücumları neytrallaşdırmalıdır”.

Bununla yanaşı, Liliya Shevtsova düşünmür ki, bu, Tramp-ın Moskva siyasətində məhz qarşıdurma mövqeyini seçməsi deməkdir:

“Ümumiyyətlə, ifrat postmodernizmi təbliğ edən prezidentin mövqeyindən danışmaq çox sadəlövh davranışdır. Trump vəzifələrlə və onların imitasiyaları ilə jonqlyorluq edə, ziddiyyətli və rasionallıqdan azad davrana bilər”.

Tramp istədiyi kimi “yellənməyəcək”?

Ancaq Liliya Shevtsova bunu da ehtimal edir ki, prezidentin komandası onu ənənəvi Amerika siyasəti məcrasına yönəltməyə, ya da heç olmasa, onun bu “yellənməsini” məhdudlaşdırmağa çalışacaq. Onun fikrincə, Kreml artıq Tramp-ın prezidentliyinin Rusiya üçün ciddi sınaq ola biləcəyini anlayıb.

BIR CAVAB BURAXIN