“TƏPƏDƏN DIRNAĞA TÜRK DÜŞMƏNİDİR…” – Araz Əlizadənin müəllimi

0
695

araz_debat_9“Əlizadələr ailəsi tək Elçibəyə yox, ümumilikdə Türkçülüyə, Azərbaycançılığa düşməndilər. Mən onları çox gözəl tanıyıram, atasını da, anasını da, qardaşını da, özünü də. Atası Mübariz Əlizadə, anası Zinyət Əlizadə ilə dəfələrlə mübahisələrim, konfliktlərim olub”.Bunu Moderator.az-a açıqlamasında deputat Araz Əlizadənin orta məktəbdə müəllimi olmuş Aydın Abbasov deyib.

A.Abbasov Nuru Paşa, Qafqaz İslam ordusu və Osmanlı ilə bağlı mübahisəli fikirlər səsləndirən deputat haqqında bunları bildirib: “Araz özü də mənim şagirdim olub. Onuncu sinifdə ona dərs keçmişəm, attestatını da mən yazmışam. Onun məzmununun nə olduğunu əla bilirəm, məzmun etibari ilə sıfırdı, heç kimdi. Tərbiyəsiz, mənliyi olmayan, satqın insandı. Heç özü də bilmir nə istədiyini, istədiyi tək şey karyeradı. Bir müddət Ayaz Mütəllibova yaltaqlandı, indi də guya Heydərçi olub. Ancaq bunda da səmimi deyil.

Bu adamın əslində Azərbaycanda yaşamağa haqqı yoxdur. Təpədən dırnağadək Türk düşmənidi, kimə, hansı agenturaya qulluq etməsi də bilinmir. Arazın oriyentasiyası Azərbaycanın milli dövlətçiliyinə, Azərbaycan Türklüyünə qarşıdır. Türklüyə nifrət edir. Araz sabah hətta Atatürkün haqqında da yaramaz fikirlər işlədə bilər. Ondan bunu da gözləyirəm”.

Aydın Abbasov daha sonra Araz Əlizadənin deputat seçilməsi haqqında da danışıb: “Onu bilmirəm ki, Arazı hansı göstəricilərinə görə deputat seçiblər. Axı kimdi o? Hakimiyyətin başbilənləri bilmirlərmi ki, Araz kimdir? Ondan nə deputat düzəldirlər? Beləsini Milli Məclisə çıxardanda elə ağzına gələni də danışar. Azərbaycanda bu dəqiqə əclaflıq o qədər böyük bir ölçü alıb ki, ağıllı adamların söz deməyə heç gücü də çatmır. Desələr də, o sözə əhəmiyyət verən belə yoxdur. Mən belə hadisələri eşidəndə, görəndə çox əsəbləşirəm, ancaq əhəmiyyət verən olmayacaq deyə cavab vermirəm”.

BIR CAVAB BURAXIN