ABŞ-ın Xarci İşlər Nazirliyi Şimali İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani oğlu Mənsur Bərzaninin İraqın 3 yerə bölünməsi təlkifinə cavab verib. “Zaman.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda nazirliyin sözcüsu Con Kirbi mətbuat konfransında açıqlama verib: “Bu mövzuda ABŞ rəhbərliyinin fikirlərində heç bir dəyişiklik yoxdur. Federativ, demokratik və torpaq bütövlüyü olan İraqı dəstəkləməyə davam edəcəyik. İraqla bağlı bizim siyasətimiz budur və heç bir dəyişiklik yoxdur”.