Qənirə Ataşova Azərbaycanı tərk etdi

0
710

qenire aFəaliyyəti dayandırılmış ANS TV-nin aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.

Bu barədə Gununsesi.info saytı məlumat yayıb. Məlumata görə, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv edib və hazırda o, xarici ölkələrdən birindədir.

Yada salaq ki, ötən ilin oktyabrında Qənirə Ataşova Bakıdan İstanbula uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək, geri qaytarılmışdı. Buna səbəb isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Gülən işi” ilə əlaqədar cinayət işinin açılması olmuşdu.

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı.

Məsələyə aydınlıq gətirmək üçün musavat.com sosial şəbəkə üzərindən Qənirə Ataşova ilə əlaqə saxlayıb. Teleaparıcı yayılan məlumatı təsdiqləyib və bildirib ki, hazırda Misirə uçur, oradan isə İstanbula gedəcək.

Onu da xatırladaq ki, bundan əvvəl teleaparıcı açıqlama verərək bildirmişdi ki, Türkiyənin İstanbul şəhərindən ona iş təklifi gəlib, lakin ora getmək üçün Azərbaycandan buraxılması lazımdır.

BIR CAVAB BURAXIN