Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı

0
826

Rusiyanın “Uralvaqonzavod” korporasiyası “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam yerinə yetirib. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Uralvaqonzavod” koorporasiyasının baş direktoru Oleq Siyenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

“Rusiya Azərbaycana silah satmağa davam edəcək”

“Öhdəliyi tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, – deyə Siyenko bildirib.

Rusiya və Azərbaycan arasında  2010-cu ildə silah və texnikanın tədarükü barədə razılıq əldə olunub. Ekspertlər 1 milyard dollar dəyərində olan bu razılaşmanın 2017-ci ildə icra olunacağını bildirib.

Oleq Siyenko - “Uralvaqonzavod” korporasiyasının baş direktoru

Oleq Siyenko – “Uralvaqonzavod” korporasiyasının baş direktoru

Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.

Azərbaycanın Rusiyadan aldığı “T-90C” tankı “T-90” tankının ən yaxşı modifikasiya olunmuş növüdür. “T 90” Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. Çəkisi 46,5-50 ton olan tankın hərəkət sürəti  65 km/s-dir. Tankın zirehinin eni 830 mm-dir.

Adıçəkilən tank “T-72″ləri əvəz etmək üçün istehsal olunub. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan “T-90″lar, “T-72BM” tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar ” T-80″ tankından alınan 1G46 Nişangah Termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.

BIR CAVAB BURAXIN