Xarici borc ciddi problemə çevrilir’

0
621

Rövşən Ağayev

Rövşən Ağayev

«Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir».

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, 2015-2016-cı illərdə xarici dövlət borcu 25 faizə yaxın artıb. Xarici borcun ümumi daxili məhsulda (ÜDM) payı 7.5 faizdən 21 faizə kimi yüksəlib. «Şərtlər ağırlaşdığından artan borclar, əsasən, qısamüddətli – 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7 faizi 10 ilədək idi. Hazırda isə borcların 50 faizi 10 ilədək olan borclardır», – deyə o bildirib.

R.Ağayev qeyd edib ki, ən son statistikaya görə, 2025-ci ilədək qaytarılmalı xarici borclar 4 milyard dolları ötür. Onun fikrincə, hökumətin sürətli borclanma ehtiyacı nəzərə alınsa, yaxın zamanlarda bu məbləğin daha da artacağı proqnozlaşdırılır.

XATIRLATMA

Azərbaycanın 2016-cı il oktyabrın 1-nə kimi xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları olub. Bu, açıqlanan ən son rəsmi məlumatdır. Bura ötən ilin sonunda Asiya İnkişaf Bankından və Dünya Bankından alınan borclar daxil deyil.

BIR CAVAB BURAXIN