Qarabağ münaqişəsi: artan məyusluq və müharibə təhlükəsi

0
867

Qarabağda azərbaycanlı əsgərlər (18 oktyabr 1992)
Qarabağda azərbaycanlı əsgərlər (18 oktyabr 1992)

Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransı və növbəti gün onun Azərbaycan həmkarı Elmar Məmmədyarovun verdiyi müsahibədən sonra bəzi ekspertlər iki ölkə arasında məyusluğun artdığını düşündüklərinin bildiriblər.

Cənab Məmmədyarov Rusiyanın münaqişə ilə “bütün ciddiliyi ilə məşğul” olduğu halda status-kvonun dəyişəcəyini vurğulayıb.

Lakin BBC Azərbaycancaya şərh verən ekspertlər münaqişənin həllini qısa zamanda böyük ehtimal olmadığını və yaz aylarında hərbi əməliyyatların yenidən başlamasına artan təhlükə olduğunu deyiblər.

Lavrovun Qarabağ “yalnız Azərbaycanın daxili işlərinə aidiyyatı olan bir mövzu deyil” bəyanatı yerli müşahidəçilərdə narahatlıq yaratsa da, bəzi qərbli təhlilçilərə görə, Rusiyanın münaqişənin həllində rolu “şişirdilib”.

İki ölkə arasında “məyüsluq artıb”?

Xarici siyasət üzrə britaniyalı təhlilçi Dennis Sammut vəziyyəti BBC Azərbaycancaya təhlil edərkən cənab Lavrov və Məmmədyarovun şərhlərinin iki ölkə arasında yaranan məyusluğun nəticəsi kimi qiymətləndirdiyini deyib.

Dr Sammut keçən ilin iyun ayında Ermənistan və Azərbaycan prezidentləri arasında Sankt Peterburqda keçirilən görüşdən sonra Azərbaycanın gözləntilərinə nail olmadığını və Rusiyanın verdiyi vədləri yerinə yetirmədiyindən məyus olduğunu düşündüyünü deyir.

O yay aylarında Rusiya və Azərbaycan arasında əhvalın dəyişdiyini hiss etdiyini və aprel döyüşləri sonrası eforiyanın yox olduğunu deyir.

Cənab Sammut Rusiyanın həmişə öz təşşəbüsü və ya Minsk Qrupunun “örtüyü” altında münaqişənin həllinə yönələn addımlar atdığını deyib və əlavə edib ki, “böyük irəliləyiş mümkün olduğu” anlarda Rusiya öz təşəbbüsü ilə bu imkanları reallaşdırmağa cəhd edib.

Lakin o hazırda gərginliyin artığını və yaz aylarında gərginliyin artmasına və hərbi əməliyyatların başlanmasına böyük ehtimal olduğunu da vurğulayıb.

Rusiya regiona hərbi müdaxilə etmək istəyir?

Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan hesab edir ki, yaz aylarında hərbi əməliyyatların baş vermə ehtimalı arta bilər.

BBC Azərbaycancaya verdiyi müsahibədə, cənab Giragosyan yaz aylarında gərginliyin artma ehtimalını havanın isinməsi ilə hərbi əməliyyatlar üçün daha münasib şəraitlər yaranmasından və yeni silah sistemlərinin əldə edilməsindən asılı olduğunu bildirib.

Cənab Giragosyan həmçinin Azərbaycan və Rusiya arasında məyusluğun son zamanlar artdığını hiss edib.

“Bu şərhlərin vaxtı da çox maraqlıdır” deyən cənab Giragosyan, Donald Trump-ın ABŞ prezidenti olması ilə Rusiyaya cənubi Qafqazda siyasi məsələlərin həllində daha çox imkan veriləcəyi fikrini irəli sürüb.

Rus hərbiçiləri Ermənistanda
Rus hərbiçiləri Ermənistanda

Rusiya ilə əlaqələr barədə öz fikirlərini bölüşən cənab Giragosyan, ölkənin cənubi Qafqazda daha təsirli olmaq istədiyini iddia edib.

Onun fikrincə, Rusiya öz sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsini istəyir və buna yönəlmiş addımlar atmağa davam edir.

Yaz aylarında müharibə bir daha başlasa, o Rusiyanın müdaxilə edərək öz sülhməramlı qüvvələrini regionda yerləşdirilməsi üçün cəhd edəcəyinə ehtimal olduğu deyib və nə Azərbaycan, nə də Ermənistanın bunu istəmədyini vurğulayıb.

Müharibəyə dönüş?

Nüfuzlu politoloq, Carnegie İnstitutunun araşdırmaçı-təhlilçisi Thomas de Waal da yaz aylarında müharibə şansının “təəssüf ki,” artacağını düşünür.

Lakin cənab de Waal-ın zənnincə, “Rusiyanın rolu çox şişirdilib” və bu ölkənin münaqişəni idarə etmək qabiliyyətinə malik olmasının “bir illyuziya” olduğunu deyib.

Thomas de Waal
Thomas De Waal Rusiyanın Qarabağda rolunun çox şişirdildiyini deyir

O Ermənistanda Rusiyaya qarşı artan mənfi ictimai rəyi və Rusiyanın Azərbaycana tarixi müdaxilələrini xatırladaraq, hər iki ölkədə Rusiyaya şübhə və etibarsızlıqla yanaşdıqlarını vurğulayıb.

Cənab de Wall yalnız Azərbaycan və Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün imkana malik olduqlarını düşünür.

Aprel döyüşlərindən sonra hər iki tərəfin “mümkün olduğundan artıq tələbləri” ortaya qoyduqlarını deyib.

“Ermənistan atəşkəsin təmin edilməsi üçün müşahidə sisteminin yaradılmasını, Azərbaycan isə münaqişənin həllinə yönələn danışıqların başlanmasını istəyirdi. Lakin bunların heç biri əldə edilməyib”, cənab de Wall deyib.

Ermənistanda sülhə yönəlik danışıqlar üçün ictimai dəstəyin olmadığını deyən cənab de Wall hərbi əməliyyatların yenidən başlanmasını “təhlükəli” adlandırır.

“Hər iki tərəfdə legitimlik problemləri var”, o deyir və bu səbəbdən müharibənin sülh yolu ilə həllinə cəhdlərə məneələrin çox olduğunu düşünür.

Müharibə və ya aprel ayında baş vermiş hərbi əməliyyatlara bənzər toqquşmalar baş verdiyi halda, cənab de Wall “çox sayda gəncin öləcəyini” düşünür və bunun “vəziyyəti pisləşdirəcəyini” deyir.

Rusiya “daha əzmkar” olmalıdır

YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə Azərbaycan və Rusiya arasında narazılığın artması barədə iddiaları rədd edib və Rusiyanı Azərbaycana dost ölkə və qonşu adlandırıb.

Cənab Mirzəzadənin fikrincə, ATƏT Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün və münaqişənin beynəlxalq hüquqi normalar çərçivəsində həll olunması üçün Ermənistana təyziq göstərməlidir.

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Təmas xəttində toqquşmaların genişlənərək daha böyük hərbi əməliyyatlara dönmə ehtimalına gəldikdə, cənab Mirzəzadə “müharibə təhlükəsinin həmişə mövcud” olduğunu deyib.

Atəşkəsi yalnız müharibədən “fasilə” adlandıran cənab Mirzəzadə Azərbaycanın Rusiyadan Qarabağ münaqişəsinin həllində” daha əzmkar” olmağını istədiyini bildirib.

Tural Əhmədzadə BBC

BIR CAVAB BURAXIN