Məşhur karateçi: “Yeznəmi və qardaşını bacıma görə öldürdüm”

0
618
 

Bacısına görə ömürlük həbsə düşən dünya və Avropa üçüncüsü Yasin Seyidəliyev əməlindən peşman olduğunu bildirib.

Bu barədə ARB TV-nin “Rezonans” verilişində məlumat verilib. Verilişin budəfəki “qəhrəmanları”nın biri Yasin Seyidəliyev, digəri isə onun 14 il həbs cəzası alan atası Hüseyn Seyidəliyev olub.

Ömürlük həbsə məhkum olan Yasin Seyidəliyev deyib: “İdmanla məşğul olurdum. 1993-cü ildə anadan olmuşam. Dünya və Avropa 3-cüsüyəm. Azərbaycan birincisiyəm. Bacım bir oğlanla tanış olub qaçdı. Barışıq edib, toy keçirtdik. Əvvəllər hər şey yaxşı idi. Bir neçə ay sonra ailədə problemlər yaranmağa başladı. Bacımı tez-tez incidirdi. Bir dəfə döyüb, bizə göndərdi. Dedik ki, gəlin görüşək, söhbət edək, barışıq əldə edək. Gedib parkda söhbət etdik. Mən kənarda dayanmışdım. Razılıq əldə olunmadıqda, cibimdəki bıçağı çıxarıb yeznəmi və onun qardaşını bıçaqlayaraq öldürdüm. Atam şok vəziyyətdə idi. Eləcə üzümə baxırdı. Peşmanam. Kaş etməzdim. Bəlkə bir müddət sonra barışacaqdılar. Yuxularımda görürəm ki, ailəmlə birgəyəm. Atam, anam, bacım və mən birlikdəyik. Eyni masa ətrafında birləşmişik. Ayılanda bu cür olmadığını görüb pis oluram. Anam və bacım gəlib məni ziyarət edir. Utanıram onları bu vəziyyətə saldığım üçün”.

14 illik həbsə məhkuman olunan Hüseyn Seyidəliyev də baş verənlərdən sarsıldığını bildirib: “Çox çətindir. Oğlum orada, mən burada, ailəm başsız, ölənlərin ailəsi başsız qaldı. İnsan çərçivədən çıxdı çətin olur. Oğlum hadisədən 13-14 gün sonra əsgərliyə gedəcəkdi. Həyatımız məhv oldu. Onunla birlikdə müttəhim kürsüsündə oturmaq ağır idi. Ona verilən cəzanı eşidəndə donub qaldım. Səbr yaxşı şeydi. Kaş səbrli olardıq. 3 ildir oğlumu görmürəm. Ancaq telefon əlaqəsi yaradırıq”.

BIR CAVAB BURAXIN